Tarix

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski

Naxçıvanskilər (Kəngərlilər) Azərbaycanın hərb tarixinə 6 general bəxş etmişdir. 1905-1906-cı illərdə ermənilərin Naxçıvana qarşı təcavüzünün qarşısının alınmasında Kəngərli nəslindən olan Cəfərqulu xan, Davud xan, Cəmşid xan, Ehsan xan Naxçıvanskilərin çox böyük xidmətləri olmuşdur.

Davud xan Azərbaycan hərb tarixinin əfsanəvi siması, general Cəmşid Naxçıvanskinin əmisi oğludur, onu bəzən qardaşı olması yazılsa da sənədlər bunu təkzib edir. Davud xan Naxçıvanskinin atası Cəfərqulu xanın doğma qardaşı olan Rəhim xan Naxçıvanskidir.

Rəhim xan Naxçıvanski də Azərbaycanın müstəqilliyi yolunda canını qoyanlardan olub. Rəhim xan 1920-ci ilin mayında Gəncədə bolşeviklərə qarşı baş qaldıran məşhur Gəncə üsyanının fəal iştirakçılarından biri idi. Üsyan amansızlıqla yatırıldıqdan sonra Rəhim xan bolşeviklər tərəfindən həbs olunaraq güllələndi.

O, qardaşları və atası ilə çiyin-çiyinə bölgənin müdafiə sisteminin təşkilində və idarə olunmasında fəal iştirak edib. O, 1919-cu ildə Naxçıvanda yaradılan və bölgənin müdafiəsində misilsiz rol oynayan Naxçıvan taborunun fəal hərbçilərindən biri olmuşdur.

Polkovnik III Kəlbəli xan Naxçıvanskinin komandanlığı altında Sədərəyin mühasirədən çıxarılmasında, Vəlidağ və digər strateji nöqtələrdə erməni basqınlarından qorumaq üçün bütün gücü ilə orduda xidmət edib. Davud xan həm hərbi komissarın müavini, həm də zabit kimi bu gərgin döyüş əməliyyatlarda düşmənlərə qarşı döyüşüb.

1918–1920-ci illərdə Şərur və Naxçıvan bölgələrini erməni daşnak dəstələrindən qoruyan qəhrəman döyüşçülərdən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli əmri ilə Naxçıvanın bir qrup döyüşçüsünə göstərdikləri döyüş hünərlərinə görə hərbi rütbə verilir və burada Davud bəyin adı da var. Ona Piyada ordunun praporşik rütbəsi verilir. Bax: Tarxçi alim Musa Quliyevin yazısı: https://525.az/news/102001-naxcivan-araz-turk-respublikasi-ve-naxcivanskiler

İngilis və Amerikalılar Naxçıvanda erməni idarəçiliyi qurmaq məqsədilə bura milliyyətcə erməni olan komissar təyin etməyə cəhd göstərirdilər. Davud xan yerli hərbi komissarlığın rəhbər heyətində olan bir zabit kimi, erməni məmurların Naxçıvanda rəsmi sənədləşmə aparmasına, hərbi və mülki strukturlara sızmasına birbaşa mane olub və buna görə də onların ilk qətl etmək istədiyi adamlardan biri kimi siyahıda birinci olub.

Naxçıvanın bolşeviklər tərəfindən işğalı bu ailənin üzvlərinə qarşı represiyyaların başlanmasına səbəb olur və hakimiyyəti ələ alan qırımızı terror Cəfərqulu xan, Rəhim xan, İskəndər xan Naxçıvanskilər və Ibrahim paşa Kəngərlinin sürgün edir.

Naxçıvan İnqilab Komitəsinin əmri ilə general-qubernator Cəfərqulu xan və onun tərəfdarları, o cümlədən oğulları həbs olundu. Ermənilər və ruslar Cəfərqulu xanın oğulları Kəlbəli xan və Ehsan xanı qəfil basqınla həbs etmək üçün onların evinə gəlirlər. Evdə olan Davud xan erməni bolşeviklərinin onları həbs edilərək, oradaca qətlə yetirməsinə imkan verməmək üçün silaha əl atır və təkbaşına onlara qarşı müqavimət göstərir.

O, açılan atışmada qardaşlarının mühasirəni yarıb qaçması üçün vaxt qazanır. Kəlbəli xan və Ehsan xan bu sayədə xilas ola bilsələr də, sonradan İrana keçirlər, Davud xan özü həmin toqquşmada pəncərə və qapıdan açılan atəşlərdən ağır yalaranır və öz evini qoruyan bir qəhrəman kimi evin içində şəhid olur.

Onun cənazəsinin gizli və ya təcili şəkildə yaxınları tərəfindən götürülərək Naxçıvandakı ailə qəbiristanlığında (İmamzadə kompleksinin ətrafında və ya Kəngərlilərin tarixi ailə məzarlığında) dəfn edildiyi ehtimal olunur.

Erməni bolşevikləri Kəngərlilərin evinə basqın edib Davud xanı qətlə yetirdikdən sonra, ailənin mülkü tamamilə qarət olunub və talan edilir.

Fərhad Nağdəliyevin “Xanlar Naxçıvanskilər Rusiya imperiyasinda” kitabında da onun barəsində qeydlər var. Musa Quliyev və Şəmistan Nəzirlinin də tədqiqatlarında Davud xan barədə məlumatlara geniş yer verilir.

Çox təəssüf ki, fotosunu əldə edə bilmədim. Sİ-ilə düzəltməli oldum.

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Erməni soyqırım yalanları

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin

Bu bank qarəti onları dünyaya inqilabçı yox başkəsən kimi tanıtdı

admin