DünyaSiyasət

ABŞ Dohada gözlədi, İran gəlmədi

28 iyundan ABŞ mətbuatı yazırdı ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi 29 iyunda Qətərdə olacaq. 29 iyunda yazdılar ki, görüş tarixi 30 iyuna keçirildi. 30 iyunda ayrılmaz cütlük – Uitkof (Trampın yaxın dostu və biznes ortağı) və Kuşner (Trampın kürəkəni və biznes ortağı) Dohaya yola düşdülər. Qarşılandılar, çaydan-çörəydən yedilər… lakin İrandan heç kim gəlmədi. Məlumat verildi ki, İran görüşü ləğv edib. UitKuş Qətərla danışdılar ki, sözlərini İrana çatdırsın.

Bundan sonra İran XİN sözçüsü Bəqai bildirdi ki, biz görüş-zad ləğv etməmişik, çünki təyin etmədiyimiz görüşü ləğv edə bilmərik. ABŞ nümayəndələri ilə görüşmək planımız da yoxdur. Bizim danışıqlara başlamaq üçün şərtlərimiz olub – yerinə yetirsinlər, başlayaq.

İndi isə bu xəbərlərə şərh verək.

Əvvəla görüş yeri barədə. Görüşün Qətərə keçirilməsi, yəqin ki, İranın tələbi olub – həm yaxındır, həm təhlükəsizlik baxımından daha uyğundur (bəzi məlumatlara görə, İsveçrədə İsrail Qalibafa qarşı sui-qəsd hazırlayıbmış), həm də Trampın təhdidindən sonra (“Evə qayıda bilməyəcəklər”) Avropaya getmək mənasızdır. ABŞ razılaşmağa məcbur olub.

İkinci. Yəqin ki, İran görüşün tarixini deyib, əks halda UitKuş basa-basa qitədən-qitəyə uçmazdılar. Lakin İran görüş tarixinədək qoyduğu şərtləri yerinə yetirməyi tələb edib. ABŞ şərtləri yerinə yetirmədiyi üçün avtomatik görüş də olmamalı idi. Yəni ABŞ bilirdi ki, görüş olmayacaq.

Üçüncü. İranın şərtləri barədə. İran deyir ki, biz memorandumun icrası ilə bağlı danışıqlar aparırıq. Onun şərtləri yerinə yetirilməyəcəksə, danışıqlar aparmağın da mənası yoxdur. Biz ilkin öhdəliyimizi yerinə yetirmişik – Hörmüz boğazını açmışıq. Zəhmət çəkin, siz də ilkin öhdəliklərinizi yerinə yetirin:
Livanda atəşi dayandırın və İsrail qoşunlarını Livandan çıxarın;
İranın Qətər banklarında dondurulmuş aktivlərini ($6-12 milyard) qaytarın.

Sovetlərdən sonra ABŞ-ı verdiyi sözə və imzaladığı sənədə əməl etməyə məcbur edən olmamışdı.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor