Ləğv edilmiş “Milli Təhlükəsizlik Nazirliyinin” Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 10 il 6 ay həbsdən sonra azadlığa çıxıb.
Əslində isə, öz MTN naziri Eldar Mahmudovun bandadında antiterrot yox, terrorlq məşğul olan bu şəxs, həm xalqa, həm dövlətə qarşı cinayət əməlləri ilə məşğul olub. O dərəcədə ki, dövlət bunu tutub və poqonlarını sökməklə həbsə atıb.
MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. Rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və sair ağır və müdhiş cinayətlərdə təqsirli bilinib istintaqla, məhkəmə ilə. Getsin şükür eləsin, buna 30 iş də verilərdi! Hələ bəziləri də çıxandan sonra bunda müsbət “çalarlar” axtarıb “ortaya çıxarırlar”, utanmadan.
Bu bandanın etdikləri pozuntular o dərəcə çox və müdhiş olub ki, o dərəcə işlədikləri strukturu iyləndiriblər ki, dövlətin başçısı tarixdə bəlkə də görünməmiş addımı atmalı olmuş: çalışdıqları MTN-təşkilatı ləğv edib, yeni struktur yaratmış!
