DünyaSiyasət

“Zaman Moskvanın tərəfində deyil”: ABŞ Rusiyanı Ukrayna ilə sülh bağlamağa çağırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqriya bildirib ki, Amerika Ukrayna və onun xalqının suverenliyini müdafiə etməkdə onun yanındadır. Eyni zamanda, o, zamanın Rusiyanın tərəfində olmadığını vurğulayıb.

“Birləşmiş Ştatlar Ukraynanın azadlığını və suverenliyini müdafiə etməkdə onun yanındadır. Birləşmiş Ştatlar Rusiyanın Kiyev Peçersk Lavrası ərazisinə endirdiyi zərbələr də daxil olmaqla, vacib infrastruktura və mədəni irsə zərər verən hücumlardan əziyyət çəkən Ukrayna əhalisinin yanındadır”, – deyə Neqrya bildirib.

Eyni zamanda, o, ABŞ Prezidenti Donald Trampın son sözlərinə istinad edərək müharibənin mümkün qədər tez başa çatdırılmalı olduğunu qeyd edib.

“Prezident Trampın ötən həftə G7 sammiti zamanı açıq şəkildə bildirdiyi kimi, Rusiya razılığa gəlməlidir. Zaman Moskvanın tərəfində deyil”, – deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vurğulayıb.

O əlavə edib ki, Rusiya ordusu ayda təxminən 40.000 əsgər itirir (ölən və yaralananlar var) və Rusiya iqtisadiyyatı hazırda “son dərəcə ağır vəziyyətdədir”. Bu arada, Ukrayna cəbhə xəttində sürətlə innovasiyalar tətbiq edir.

Diplomatın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi “çox uzun çəkib və bitməlidir”. Bu vəziyyətin yeganə həlli diplomatiya və danışıqlardır, çünki başqa heç nə “bu mənasız qətlləri dayandıra bilməz”.

“Amerika Birləşmiş Ştatları atəşkəsə nail olmağa və Rusiya-Ukrayna müharibəsinə ən qısa zamanda son qoyacaq danışıqlar yolu ilə razılaşma əldə etməyə sadiqdir. Yetər! Dərhal atəşkəs elan etməyin vaxtı çatıb”, – Neqriya bəyan edib.

Nəticə etibarilə, o, hər iki müharibə edən tərəfi danışıqlar prosesinə qayıtmağa çağırdı.

“İndi Rusiya və Ukraynanın danışıqlar masasına qayıtması və sülh razılaşmasına nail olması vaxtıdır”, – deyə rəsmi yekunlaşdırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Urmiya hadisələrinin əks-sədası – Video

redaktor

Putin pisdir, ona etibar etmək olmaz – Konqresmen Cim Kosta

redaktor

Venesuela düyünü və ucuz neftin qlobal siyasi-iqtisadi nəticələri

redaktor