ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Livan və İranla bağlı diplomatik yolları ayırdığını bildirib və Livanda atəşkəs danışıqlarının birbaşa Livan hökuməti ilə aparılacağını və Tehranla dialoqla əlaqələndirilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Livan suveren dövlətdir və ölkə daxilindəki vəziyyətlə bağlı müzakirələr İran istiqamətindən ayrı aparılmalıdır.
Rubio qeyd edib ki, “Livan suveren bir ölkə olduğu üçün bu proses ayrıdır. Onun hökuməti var və Livan və ölkə daxilində baş verənlərə gəldikdə, biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq”.
O əlavə edib ki, İranın regiondakı rolu, xüsusən də Hizbullaha dəstəyi Tehranla təmaslarda ayrıca müzakirə olunacaq.
Dövlət katibi vurğulayıb ki, “Livanın İran tərəfi var – Hizbullahı dəstəkləməsi və ona sponsorluq etməsi. Bu amil iranlılarla söhbətlərimizdə müzakirə olunacaq”.
Rubio həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyətə münasibət bildirərək bildirib ki, İran ABŞ ilə mümkün razılaşmalar çərçivəsində gəmilərin keçidi üçün rüsum ala bilməyəcək, çünki bu, beynəlxalq hüquqa ziddir.
Eyni zamanda, İran və Oman Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, o cümlədən dəniz xidmətləri və strateji marşrutun təhlükəsizliyi ilə bağlı məsləhətləşmələri davam etdirirlər. Danışıqlardan sonra tərəflər birgə işçi qrupu yaratmaq və digər sahilyanı dövlətlərlə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
