Üstəlik bu, müvəqqəti missiya deyil. Bundesver tarixində ilk dəfə Almaniyanın xaricində böyük bir qoşun kontingentini daimi olaraq yerləşdirəcək.
Alman əsgərləri NATO-nun şərq cinahının gücləndirilməsinin bir hissəsi olaraq Litvada yerləşdiriləcək.
Litvanın müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, hazırlıqlar təxminən 10 ay əvvəldən başlayıb. Hazırda Litvada 1800-ə yaxın alman əsgəri yerləşdirilib və onların sayı yaxın illərdə 5000-ə çatdırılacaq.
Qeyd edək ki, Litva Rusiyanın Kalininqrad vilayətini Belarusa bağlayan Suvalki dəhlizi üzərində yerləşir. Rusiyanın ən önəmli sinir xətti sayılan Suvalki dəhlizinin bağlanması Kalininqradı Moskvadan tamamilə ayıra və sonunda təslim olmasıyla nəticələnə bilər.
Vaxtilə Prussiya şəhəri olan Köniqsberq, İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı tərəfindən savaş qəniməti olaraq ələ keçirildi və 1946-cı ildə adı Kalininqrad olaraq dəyişdirildi. Görünür, Rusiyanın Ukrayna savaşında getdikcə zəiflədiyini hiss edən Almaniya tarixi fürsətdən yararlanaraq, öz tarixi ərazisini geri qaytarmaq planları üzərində işləyir.

