Polşada Gürcüstan vətəndaşı Elnur A. rəssam, tanınmış karikaturist və yazıçı S. Skrepetskinin qətlində ittiham olunur. 15 iyunda baş verən nu qətl neçə gündür ki, Avropanın gündəmindədir.
Semyon Skrepetski kimdir?
44 yaşı var, 2021-də Rusiyanı tərk edib, Polşaya gəlib, siyasi sığınacaq alıb, satirik rəsmlər çəkib
və Rusiyanın Ukraynada apardığı müharibəsinə qarşı öz rəsmlərilə təkcə aksiyalar təşkil edirdi.
12 iyunda Berlində, 14 iyunda Polşada Rusiya səfirliyi qarşısında öz aksiyasını keçirib, buna görə də çoxlu təhdid hədə-qorxu aldığını deyib.
Bir gün sonra, 15 iyunda isə Polşa şərqindəki yaşadığı Biala Podlaska şəhərində qətl edilib. Qatil yaxın məsafədən rəssamın başına atəş açıb və qurban yerə yıxıldıqdan sonra daha bir neçə atəş açıb. Skrepetski hadisə yerində ölüb.
Polşa prokurorluğu, istintaq və xüsusi xidməti xüsusi birgə əməliyyat qrupu yaradıb. Tezliklə iki nəfər Belarus vətəndaşı həbs olunub, sonra Gürcüstan pasportu daşıyan, azərbaycanlı adı ilə tanınan şəxs qıtldə şübhəli kimi həbs edilib.
Rəssam Skrepetski Vladimir Putin və Ramzan Kadırov və oğlu Adam Kadırov da daxil olmaqla Rusiya hakimiyyətini, Lukaşenkonu tənqid edən bədii çıxışları ilə tanınırdı. Bu çıxışı, fəaliyyətilə rəssam təbii, sağ qalmama risqi altına düşürdü.
Polşanın Baş naziri Donald Tusk qətlin sifarişli olduğunu bəyan edib. Aparılan bu geniş tərkibli istintaq, əks-kəşfiyyat bu, müdhiş qətl əmrinin konkret haradan gəldiyini açmaq üzrə çalışırlar.
