Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın qrup mərhələsində Yaponiya ilə 2:2 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis rəqibin oyuna ehtiyatla başladığını bildirib:
“Oyundan sonra bir qədər məyus oldum: iki dəfə öndə olub rəqibin hesabı bərabərləşdirməsinə icazə vermək məyusedicidir. Amma sonda, aydın düşüncə ilə heç-heçəyə normal yanaşıram.
Düşünürəm ki, Yaponiya böyük oyunlarda qalib gəlməyə qadir olan əla komandadır, amma biz daha yaxşı idik. Hətta oyunun böyük bir hissəsində bizdən qorxduqlarını hiss etdim.
Bir matçda hər şeyi idarə etmək mümkün deyil. Qalib gəlmək istəyirdim – bu, komandaya rahatlıq gətirir. Amma Yaponiya güclü komanda olaraq qalır, hər şey yaxşıdır, irəliləyə bilərik. İndi bu həftə İsveçə qarşı özümüzü doğrultmağın vaxtıdır”.
Qeyd edək ki, Dallasda keçirilən qarşılaşmada Niderland iki dəfə önə keçsə də, Yaponiya hesabı bərabərləşdirib. Yekunda tərəflər meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıblar. (Qol.az)
