2025-ci ilin sonuna görə Almaniya iqtisadiyyatı dünyanın aparıcı beş qlobal dövlətləri arasında ümumdaxili məhsul 4,45 trilyon (1 trilyon=1000 milyard) dollar olmaqla dünyada 3-cü yeri tutur.
ABŞ (35 tr.) və Çindən (20 tr.) sonra dünyanın 3 -cü ən böyük iqtisadiyyatı olaraq qalır və hətta, Yaponiyanı (4,3 tr.) bir qədər geridə buraxır. Bu ölkə Avropa Birliyi daxilindəki ümumi inkişafın hərəkətverici qüvvəsidir və inkişafa davamlıdır.
2026-cı ilə Almaniya dövlət büdcəsi, təxminən, 524,5 milyard avrodur. İqtisadi dəstək üçün 170 milyard, müdafiə 82,7, əsas hissə tibb və sosial sahələrə ayrılır, Ukraynaya dəstək: 11,5 milyard.
Almaniyada minimum əmək haqqı saatı 13.90 avrodur. Standart 40 saatlıq iş həftəsi olan ən aşağı ixtisaslıların, hətta, süpürgəçilərin maaşı 2410 avro, tibbi sığorta, pensiya fondu, sosial vergiləri çıxanda 1750-1800 avroya bərabərdir.
Təsəvvür edin ki, İkinci Dünya Müharibəsindən məğlub və bombardmanın, tankların altından xarabalıq vəziyyətində çıxan məyus və çaşqın, üstəlik hissələrə bölünmüş bir ölkənin bərpası nə qədər çətin idi. Ölkə dağılmış, bütün sənaye sahələri sıfırdan yenidən əziyyətlə qurulmalı idi.
Və cəmi, 25 il ərzində bu məğlub dövlət, nəinki kül içindən ayağa qalxdı, həm də, bütün Avropa qitəsinin iqtisadi inkişafında özü aparıcılıq etdi.
Bu möcüzə nəyin hesabına baş tutdu?
Alman millətinin dəhşət böyük itkilərdən sonra sınmaması, özündə faşizm yanlışlığına etirafla, irəliyə yüksəlişə baxmaqla dəmir iradə tapması ilə. Millətin birliyi, çalışqanlığı, zəhməti, bacarıq və intizam ortaya qoyması sayəsində irəli çıxdı.
Sözsüz ki, burada, azad sahibkarlıq, rüşvətsiz, korrupsiyasız, oliqarxiyasız, monopoliyasızlıq, ədalətli məhkəmələr mühiti də, çox rol oynayır. Bütün bunlar sabit inkişafın və rifahın əsasıdır.
Bu intizam, zəhmətkeşlik bu gün, Almaniyanın xalqında bu gün də var. Hətta Avropada ən.çox, milyonlarla miqrant ordusu yaşadıb, saxlamaq inkişafında varlanan alman xalqı yenə dəyişmir, həminki kimi sadədir, çalışqan həm intizamlıdır.
Misal deyim. Ukraynada, Kiyev Tibb Uni-i bitirib, Almaniyaya həkimliyi başlamaq addımları atan kiçik oğlum, o gün deyir ki, səhər tezdən durum düz saat 7-də intervyum var, Ştutqart şəhərində mərkəzi kardioxirurgiya klinikasının baş həkimi ilə. İşə düzəltmək üçün, çağırıb ki, söhbət etsin. Deyirəm ki, səhər 7-də nə klinika, nə baş həkim? Deyir, Almaniyada tibb saat 7- dən işə başlayır. Bir çox digər müəssisələr də belədir. Demək ki, Almaniyanı qaldıran həmin xalq, rejim elə qalır.
Halbuki, elə ölkələr var, həkimlər, saat 10-11-də gəlir işə. Bir çox başqa sahələrdə də yəqin, elə.
Demək, Alman xalqının bu zəhmət, çalışqanlığı qaldırıb bu ölkəni. Demək ki həyatda heç nədən nəsə yaranıb nazil olmur, zəhmətdən hasil olur. Bu inkişafı, vətən Azərbaycana da arzu edirəm.
Belə firavanlığı bizim xalqımıza da arzu edirəm. Düşünək, çalışaq, həm quraq, yaradaq ki, olsun.
