Avropada, Fransanın Renn şəhərində vətən Azərbaycan və hamımız üçün xoş olmayan səs-küylü məhkəmə prosesi keçirilir. Səbəbi, Fransada siyasi qaçqın kimi statusla yaşayan, və həm də xeyli qədər ifrat çıxışlarla blogerlik etdiyi deyilən azərbaycanlı şəxs, Məhəmməd Mirzalıya qarşı xəsarətli, kollektiv hücumdur.
Onun bloqqer çıxışlarına və ona qarşı edilmiş hücum, onun istintaqı məsələsinə xüsusi varıb dərin, geniş məlumatlı olmasam da, bu barədə ixtisaslı kimi, ümumən, yığcam fikrimi bildirim.
Bildirilir ki, hadisə neçə il əvvəl baş baş verib, xeyli istintaq gedib, onu törədənlər deyilən 9 nəfər azərbaycanlı ittihamla həbs edilib. Və istintaq hadisəni mütəşəkkil dəstə tərəfdən sui-qəsd kimi tövsib edib, prokurorluq da eyni əsnada ittiham irəli sürüb. Məhkəmə hazırkı prosesdə isə, hələ ki, bu ittihamları öz hökmü ilə tam təsdiq etməyib. Qarşıda bu bilinəcək.
İttihamla da, o həbs edilən 9 nəfərdən 8-nə 30, 22, 22, 18, 15, 5, 5, 5 il cəza istəyib prokuror, bir nəfərə isə bəraət istəyib. O bir nəfərsə, güman ki, nəsə etirafda bulunib, istintaqı təmin edən, həm də əməli az cəza tələb edən, yüngül olub ki, prokuror ona bəraət istəyib Yoxsa, adətən bəraəti məhkəmə özü verir. Bəraətə layiqdirsə, prokuror onu niyə məhkəmə qarşısına çıxarsın ki, istintaq dövrü xitam edərdi, ona aid hissəni.
M. Mirzalıya qarşı kollektiv hücum olub, bu bir olmuş faktdır. Hücumun təsadüfi insident kimi yaranmayıb əvvəlcədən bir neçə nəfər tərəfdən hazırlıqlı təşkili olması, bu da faktdır. Hücumda məqsəd isə, ikisindən biri: ya ən azı cəza üçün xəsarətlər yetirmək ola bilər. Ya da ki, ən çoxu, öldürmə məqsədli sui-qəsd. Yəni sui-qəsd isə, hələlik, prokurorluğun ittihamı şəklindədir və yalnız, məhkəmə prosesi ilə təsdiq edilə bilər.
Belə də isə, yalnız kənardan bir ixtisaslı kimi, yuxarıdakı suallara təxmini də olsa cavab üçün gərək, ekspertizaların rəyləri bir, açıqca ortaya qoyulsun. Zərərçəkənə törədilən xəsarətlərin xarakteri, hansı bədən nahiyələrində yerləşmə, lokalizasiyası, yaranış mexanizmi, sayı, ağırlıq dərəcəsi, həyat üçün yetirilmə təhlükəliliyi və soyuq silahların növü, ölçüsü və digər faktlar, təsisatlar, sənədlər, xəstəlik tarixi, mütəxəssis, şahid və müttəhim ifadələri açıqlanmalıdır ki, qənaətə gələsən. İşin istintaqı və məhkəməsi də sanki yarım qapalı, yarı üstüörtülü, ictimai aşkarsız aparılır, ictimaiyyətdən aralı. Yəqin ki, təhlükəsizlik və həm işə maneəsizlik səbəbilə.
Bu yerdə, bəzi vacib sual yaranır. Zərərçəkənə sadəcə cəza vermək məqsədli hücum olubsa, deyildiyi bu ağır, ölüm yarada bilən xəsarətləri yetirmək niyədir? Yox, əgər öldürmə məqsədli sui-qəsd olubsa, bunu bir killer sakit gizli yerdə bir-iki güllə ilə də həll edə bilərdi, necə adətən edilir. Daha, üzaq Avropada şəhərin ortasında, neçə nəfər hücum edən yığışıb, xeyli sakin və izləmə kameraları qarşısında, səs-küylü səhnə yaradıb, soyuq silahlarla hərəsi də bir tərəfdən bu hərəkəti etməsinin məntiqə və sui-qəsdlər praktikasına uyğunsuzluğu nədir? Nə konsert, naşı, buraxma, həm də biyabırçı bazar imiş bu? Bu müəmmanı aydın etsin gərək ki, məhkəmə.
Qaldı ki, bu hücumun (ola da bilsin, sui-qəsdin) motivi, qisas da ola bilər, bu Mirzalının yəqin ki, ifrat sərt bolqqerlik fəaliyyətində kiminsə bərk heysiyyatına toxunmasl ilə. Ancaq ki, istənilən halda, bu hücum aktı qanunsuz, yolverilməzdir.
Qalır, bu hücum aktının təşkilatçı və sifarişçisi, mən o qədər də, tanış deyiləm Mirzalının etdiyi bloqqerliklə, amma bildiyim qədər onu müxtəlif tərəflərə qarşı edib ifrat çıxışlarla. Ya da, bəlkə nəsə başqa konflikti olar, az ehtimallarla. Yəni, hadisənin təşkilatçısı və sifarişçisini müəyyən etmək istintaqın keyfiyyətinə və təbii ki, mütləq məhkəmənin araşdırmasına qalır, çünki onların əlindədir, bütün proses, materiallar, detallar və faktlar. Görək, proses hansı nöqtəyəcən gedər.
İstintaqın və prokurorluğun müxtəlif ittihamlar irəli sürməsi, bu bir qaydadır. Ancaq, son sözü məhkəmə deyir. Və məhkəmənin isə borcudur, qanuni, prosessual prosesi aparıb, yuxarıdakı suallara obyektiv cavab və bu ziddiyyətli, həm səs-küylü məsələyə tam ədalətli qiymət versin.
Yəqin, ittiham-prokurorluq və müdafiə-vəkillər arası bu ziddiyyətli proses bu indiki məhkəmə hökmü ilə bitməz və daha da yuxarı məhkəmə instansiyalarında da baxılar. Görək, nə proses gedəcək və hansı geniş və dərin nəticələri ilə.
Hər halda, Azərbaycan və xalqımız adına xələl gətirən hallardır, həm ölkə daxili, ya xaricində oturub heysiyyata toxunun ifrat təhqirlər, həm də ondan da betər, ifrat halda bu cür təhqirləri edənlərə qarşı kriminal, cinayət tərzli cəzalar. Xüsusilə, eyni ölkənin vətəndaşları arasındakı bu cür halların xarici ölkədə beynəlxalq halda baş verməsi və həm mühakiməsi. Çox təəssüf.
