16 C
Bakı
29 Oktyabr 2026 20:07
DünyaİqtisadiyyatSiyasət

Ermənistanın güclənməsi Azərbaycanın strateji maraqlarına tamamilə ziddir

II Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas strateji hədəflərindən biri də məhz bu olmalı idi – İrəvanın addımları Azərbaycanın manevrlərindən asılı olsun, iqtisadi və hərbi inkişafının düyməsi Bakıya bağlansın.

Biz ikinci, üçüncü, dördüncü qüvvələr vasitəsilə Ermənistan iqtisadiyyatını Azərbaycandan asılı salmağın planlarını hazırlamalıyıq. Ermənistanla münasibətlərin normallaşması müsbət haldır, amma bu, onun güclənməsinə xidmət etməməlidir.

Reallıq budur ki, Azərbaycan qonşu ölkələr arasında hərbi, siyasi və iqtisadi üsullarla (kompleks halda) yalnız iki ölkədə – Ermənistan və Gürcüstanda möhkəmlənə bilər. Biz elə etməliyik ki, gələcəkdə Ermənistan Azərbaycana qarşı hərbi təhdid ünsürünə, meydanına və istinad poliqonuna çevrilməsin.

Ermənistanla qonşu olmaq hər nə qədər risklər yaradırsa, bir o qədər də strateji, tarixi fürsətlər yaradır. Zəifləməyə, süstləşməyə deyil, güclənməyə məcbur oluruq.

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahudan dünyaya demokratiya dərsi

redaktor

İsraildəki seçkilər: Netanyahunun ehtimal gedişləri. Ərəb seçicisini uğuru

redaktor

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

redaktor