DünyaMuharibə

Ukrayna Silahlı Qüvvələri Qafqazın ən böyük neft anbarına zərbə endirib

8 iyun gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı Qruşovaya sənaye sahəsinə hücum etdi və nəticədə obyektdə yanğın baş verdi.

Yerli medianın məlumatına görə, Novorossiysk yaxınlığındakı Şesxaris aşırma kompleksinin bir hissəsi olan neft anbarı dronlar tərəfindən vurulub.

Yerli sakinlər Novorossiysk ərazisində çoxsaylı partlayış səsləri eşitdiklərini, ardınca ərazidən qatı tüstü qalxdığını bildirirlər.

Qruşovaya “Çernomortransneft” ASC-nin infrastrukturunun əsas elementi və kompleksin ən böyük çən parkıdır. O, həmçinin Qafqazın ən böyük neft daşıma anbarlarından biridir. Obyekt Novorossiyskdən təxminən 12 kilometr məsafədə yerləşir və 212 hektardan çox ərazini əhatə edir. Burada ümumi tutumu 1,2 milyon kubmetrdən çox neft və neft məhsulları olan onlarla saxlama çəni yerləşir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan ordusunda yeni model: Azərbaycanda da tətbiq oluna bilərmi?

redaktor

Kiçik Trampın toy xərclərini Putinə yaxın rusiyalı oliqarx ödəyib

admin

Bab əl-Məndab böhranı: Ənsarullahın yeni üstünlüyü

redaktor