22.1 C
Bakı
07 İyun 2026 12:57
DünyaSiyasət

ABŞ ilə İsrail arasında casusluq qalmaqalı

Dünyanın ən ciddi hərbi müttəfiqlərindən ikisi arasında fırtına qopmaq üzrədir. Yüksək səviyyəli casusluq iddiaları, Donald Tramp və Benyamin Netanyahu arasında dərinləşən şəxsi ədavət və İsrail hərbçilərinin Livanda dinc əhaliyə qarşı qadağan olunmuş ağ fosfordan  istifadə olunduğuna  dair yeni ittihamlar diplomatik iki müttəfiq arasında böhrana çevrilib.

ABŞ və İsrail bundan əvvəl də fikir ayrılıqları yaşasalar da, son xəbərlər münasibətlərin düşmənçilik səviyyəsinə yaxınlaşan bir qırılma ilə üzləşdiyini göstərir.

NBC News və The New York Times kimi nəşrlərdə ABŞ və İsrail arasındakı münasibətlərin təkcə siyasət fərqlər səbəbindən deyil, həm də qarşılıqlı şübhələr üzündən gərginləşdiyi təsvir olunur.

Ən diqqəti çəkən  iddia budur ki, İsrail kəşfiyyatı ABŞ-ın yüksək vəzifəli rəsmilərinə qarşı gizli nəzarəti genişləndirib. Məlumata  görə, NBC News-a istinadən ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi İsrailə qarşı əks-kəşfiyyat təhlükəsi səviyyəsini “kritik səviyyə” hesab olunan   ən yüksək kateqoriyaya qaldırıb.

İsrailin Trampın xüsusi nümayəndələri Stiven Vitkof və Pentaqon rəhbərinin müavini Elbric Kolbinin danışıqlarını dinlədiyi iddia edilir. İsrailin məqsədi  Tramp administrasiyasının İran və Livanla bağlı Yaxın Şərq siyasətinə dair daxili müzakirə və qərarları barədə məlumat əldə etməkdir.

Bu, hətta dostlar arasında baş verən “adi” qarşılıqlı kəşfiyyat fəaliyyətini çox-çox üstündədir. NBC Newsa danışan keçmiş və hazırkı ABŞ rəsmiləri İsrailin son hərəkətlərinin “tipik və gözlənilən casusluqdan çox-çox kənarda” olduğunu bildirirlər. Ağ Evin, Pentaqon rəhbərliyinin və Milli Kəşfiyyat İdarəsi direktorunun jurnalist sorğularına cavab verməməsi isə hadisələrin üzərinə daha çox qaranlıq salır, nə təsdiq, nə də inkar. Amma  rəsmi qurumların  ittihamları açıq şəkildə rədd etməmələri diqqətçəkicidir.

Casusluq iddialarının arxasında şəxsi və siyasi uçurum dayanır. Məlumatda  oxuculara xatırladılır ki, Tramp özü də etiraf edib: İran və Livandakı müharibənin qızışdırdığına  görə Netanyahuya “lənətə gəlmiş dəli” (daha sərt ifadələr) deyib.

Siyasi qarşıdurmanı ört-basdır etmək mümkün deyil. Aprelin əvvəlində atəşkəs əldə edən Tramp, fevralın 28-də İsrail və ABŞ tərəfindən başladılan müharibəni dayandırmaq üçün İranla diplomatik razılaşma üçün çalışır.

Netanyahu isə İranın hər hansı razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşır və İrana qarşı bombardmanların bərpasını istəyir, Livanda Hizbullaha hücumların azaldılması ilə bağlı Trampın tələblərinə qarşı çıxır.
Bu sadəcə diplomatik gərginlik deyil. Müttəfiq sizin danışıqçılarınızı və müdafiə rəsmilərinizi izləməyə başlayanda, bu, etimadın tamamilə dağıldığını göstərir.

Məlumatdlarda  qeyd edildiyi kimi, ABŞ rəsmilərinə artıq İsrailə səyahət edərkən və ya istənilən yerdə israildən olan  rəsmilərlə görüşərkən son dərəcə ehtiyatlı olmaq tapşırılıb. Bu cür əməliyyat təlimatları ancaq düşmənçilik astanasında olan münasibətlərə şamil edilir.

Hazırkı qalmaqal istər-istəməz 1980-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat analitiki Conatan Pollardın İsrail üçün casusluq etdiyi işi xatırladır. Nəticədə  Pollard 30 il həbsdə yatdı   bu hadisə, ABŞ-İsrail münasibətlərində sağalması illər çəkən ləkə rolunu oynadı.

Xəbərlərə görə,  İsrail uzun müddətdir ki, hətta ən yaxın müttəfiqi olan ABŞ-a qarşı belə aqressiv casusluq etməklə məşğuldur. Fərqli olan indiki kontekstdir: ABŞ və İsrail getdikcə bir-birinə zidd olan müharibə məqsədləri güdürlər. Tramp Livanda müharibədən çıxmaq və İranla danışıqlar yolu ilə razılığa gəlmək istəyir. Netanyahu isə hərbi eskalasiyaya tərəfdardır. Strateji hədəflər bu qədər ayrılanda casusluq sadəcə rahatlıq vasitəsi deyil, hər iki tərəfin bir-birinin hərəkətlərini qabaqlamaq üçün məcburiyyət alətinə çevrilir.

Daha bir məqam: məlumatlarda  qeyd edilir ki, eyni vaxtda Amerika mediası (xüsusilə The New York Times) İsrail ordusunun Livanın şəhərlərinə – o cümlədən Nəbatiyyə, Tyr, Xiam və başqa yaşayış məntəqələrinə atəş açarkən sistematik şəkildə ağ fosfordan istifadə etdiyi barədə iddialar yayıb. Cenevrə Konvensiyasına əsasən ağ fosfora yalnız tüstü pərdələri və ya işıqlandırma məqsədi ilə istfadəsinə icazə verilir; mülki ərazilərdə canlı qüvvəyə və ya tikililərə qarşı istifadəsi qadağandır. Amma israilin bu qadağalara məhəl qoymadığı ortaya çıxır.

İsrail ağ fosfordan istifadəni inkar edir. Lakin məlumatın ortaya çıxdığı zaman  diqqəti çəkir. Casusluq qalmaqalı ilə eyni vaxtda bu ittihamın yenidən gündəmə gəlməsi müəyyən siyasi məqsədlər daşıyır, “belə informasiyanın süni şəkildə irəli çıxması İsrailə Livanda müharibəni bitirmək üçün təzyiq göstərmək məqsədi daşıya bilər”.
Fosfor hekayəsi doğrulanmış və ya strateji olaraq yenidən gündəmə gətirilmiş olduqda , onun casusluq iddiaları ilə birlikdə yenidən canlandırılması bir-birini tamamlayan iki zərbədir: İsrail həm xain müttəfiq, həm də beynəlxalq hüququ pozan ölkə kimi təqdim olunur.

Bir neçə maraqlı nəticə çıxarmaq olar:

1. Münasibətlər təhlükəli zonaya daxil olub. Müttəfiq dövlətə qarşı əks-kəşfiyyat təhlükəsi səviyyəsinin qaldırılması ictimai diskursda az rastlanan haldır. Casusluğun tam həcmi iddia edildiyi qədər olmasa belə, xəyanət hissi artıq ABŞ-nin rəsmi kanallarında yer alıb.

2. Trampın Netanyahuy qarşı şəxsi narazılığı önəmlidir. ABŞ prezidentinin ifadə etdiyi deyilən təhqirlər sadəcə KİV materialı deyil; bunlar Vaşinqtonun İsrailin hərəkətlərinə olan səbrinin tükəndiyinə işarədir. Tarixin ən çox İsrailpərəst prezidentlərindən biri kimi tanınan Tramp, Netanyahu ilə koalisiyaya sadiq qalmaqdan daha çox Yaxın Şərq müharibələrindən çıxmağa üstünlük verməsi göz önündədir.

3. İsrailin inkarı gözləniləndir, lakin bu kifayət etməyəcək. İsrailin Vaşinqtondakı səfirliyi ABŞ ilə münasibətlərin o qədər yaxşı olduğunu, casusluğa ehtiyac qalmayacağını bildirir. Lakin həm tarix, həm də hazırkı ittihamlar bunun əksini göstərir. Müttəfiqlər müharibə və sülh barədə ciddi şəkildə fikir ayrılığına düşəndə bir-birlərini diqqətlə izləyirlər. Bu təbiidir.

4. Media manipulyasiyası mühüm rol oynayır. Casusluq və ağ fosfor hekayələrinin eyni vaxtda NBC News və NYT kimi böyük nəşrlərdə yayılması, ictimaiyyətə etimadlı məlumat ötürən rəsmilərin İsrailə qarşı təzyiqini ortaya qoyur. Bunun Ağ Evdən, Pentaqondan yoxsa peşəkar kəşfiyyatçılardan qaynaqlandığı dəqiq olmasa da, nəticə eynidir: İsrail ABŞ-ın ictimai rəyində sistemli şəkildə nüfuzdan salınır.

ABŞ-İsrail arasında qalmaqala çevrilən bu gərginlik müvəqqəti diplomatik çəkişmə deyil. Bu, struktur dəyişikliyini əks etdirir: Yaxın Şərq müharibələrindən yorulan ABŞ oradan ayrılmağa çalışır, İran və Hizbulladan gələn ekzistensial təhlükələrlə üzləşən İsrail isə yalnız hərbi gücün sərhədlərini qoruya biləcəyinə inanır.

Müttəfiqlər siyasi baxışlarda, nə də güddükləri məqsədlərdə razılaşa bilməyəndə, casusluq itirilmiş etimadın yerini tutur. Qarşıdakı həftələr bu böhranın arxa kanallar vasitəsilə sakitləşdiriləcəyini, yoxsa ABŞ-İsrail münasibətlərində soyuq dövrün başlanğıcını ifadə edəcəyini edəcəyini göstərəcək.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Fələstinə yardımı dayandırmamalıdır, onlar eyni deyil – Cozef Borel

redaktor

Tramp: “Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməyə çalışırıq, xeyli irəliləmişik”

redaktor

Riyakarlığın şah əsəri

redaktor