19 C
Bakı
07 İyun 2026 08:58
DünyaSiyasət

Kiyev Zelenskinin təklifini rədd etməyin Rusiya üçün nəticələri barədə xəbərdarlıq edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, Moskvanın Prezident Volodymyr Zelenskinin təklif etdiyi birbaşa danışıqlardanimtina etməsi Rusiyanın mövqeyini daha da çətinləşdirəcək və gələcək razılaşma şərtlərini onun üçün daha az əlverişli edəcək.

“Ruslar üçün yaxşı xəbər yoxdur. Prezident Zelenskinin birbaşa sülh danışıqları təklifini rədd etməklə Putin bu fəlakətli müharibədən çıxmaq şansını əldən verdi. Rusiya üçün vəziyyət daha da pisləşəcək. Döyüş meydanındakı itkilər artmağa davam edəcək. Uğursuzluqlar daha da alçaldıcı olacaq. İqtisadiyyat daha da dərin tənəzzülə uğrayacaq. İş yerləri azalacaq, vergilər artacaq və inflyasiya əhalinin ən həssas təbəqələrinə təsir edəcək”, – deyə Sibiqa bildirib.

Sibiha həmçinin bildirib ki, Ukrayna Rusiyadakı hədəflərə zərbələri davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, “Rusiyada artıq Ukraynanın uzaqmənzilli zərbələrindən qorunan təhlükəsiz zonalar yoxdur” və onların intensivliyi artacaq.

Beynəlxalq reaksiyadan danışan nazir Moskvaya təzyiqin yalnız güclənəcəyini vurğuladı. O, Rusiya aktivlərinin dondurulması, əlavə məhdudiyyətlər və digər tədbirlərin mümkünlüyünü qeyd edərək dedi: “Beynəlxalq təzyiq azalmayacaq. Bu, yalnız güclənəcək”.

Eyni zamanda, Sibiqa münaqişənin sonda danışıqlar yolu ilə həll olunacağına əminliyini ifadə etdi. Nazir bildirib ki, “Rusiya yenə də diplomatik həll yolu ilə razılaşmalı olacaq, lakin şərtlər daha pis olacaq”.

Onun sözlərinə görə, Moskvanın sülh yolu ilə həll yolu axtarmaqdan imtina etməsi Rusiyaya qarşı beynəlxalq təzyiqin daha da artması və Ukraynaya tərəfdaşları tərəfindən dəstəyin genişləndirilməsi üçün əsas olmalıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Orban: “Ukraynada sülh üçün Putin və Trampın şəxsi görüşü vacibdir”

redaktor

Bu dərmanla bağlı araşdırma başladı: Xəstəlik yaradır…

redaktor

Rusiya indi də müharibəyə qadın məhkumları aparır?

redaktor