20.8 C
Bakı
04 İyun 2026 11:09
CəmiyyətGündəmHadisə

Ələsgər Məmmədlinin 82 yaşlı anası ilə görüş verilməyib

ToplumTV-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir. Bu barədə media ekspertinin xanımı Günay Məmmədli mayın 31-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun vurğulamasına görə, görüş üçün Ə.Məmmədlinin 82 yaşlı anası və xəstə bacısı 400 kilometrdən çox məsafə qət edərək Bakıya gəliblər: “Çox təəssüf ki, üç-dörd saat gözləntidən sonra görüş ala bilməyib qayıdıblar…”.

“Səhhət problemləri ilə mübarizə apara-apara, bu qədər haqsızlığa dözərək ədalətin bərpa olunacağı günü gözləyən, həmçinin ailəsinin və doğmalarının qanuni qaydada həftədə iki dəfə zəng və bir dəfə canlı görüşündən az da olsa mənəvi dəstək alan bir adamı bundan da məhrum etmək nə məqsəd daşıyır?”, – o, sual edib.

Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda həbsdəki müxalif jurnalist və fəalların ailələri son dövrlər görüş məhdudiyyətlərindən tez-tez şikayət edirlər. Onların sözlərinə görə, görüşlər şüşə arxasından keçirilir, proses saatlarla yubanır və telefon əlaqəsi qəfil kəsilir. Penitensiar Xidmətin rəsmiləri isə bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulayıblar ki, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərlə qanun çərçivəsində davranırlar. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İranın Azərbaycandakı səfiri erməni kilsəsində – FOTO

redaktor

Doktor Tural Qəlbinur sitəm etdi: “Türkiyədən matəm vaxtı gəlib şərab səfası ilə əylənirlər”

redaktor

Böyük Uğursuzluq – ABD-də bağlanacaq Sülh müqaviləsi Azərbaycan üçün böyük uğursuzluqdur.

admin