Euronews-un yayımladığı son sorğu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası parlament seçkilərində təxminən 65% səs toplaya bilər. Bu, sadəcə seçki nəticəsi deyil — bu, ölkənin geosiyasi istiqamətinin müəyyənləşməsidir.
Moskvanın bütün təzyiqlərinə, Ermənistandakı Rusiyaya bağlı Qarabağ klanının bütün cəhdlərinə baxmayaraq, Nikol Paşinyanın qələbəsi qaçılmaz görünür. Özü də sadəcə qələbə yox, böyük fərqlə qələbə.
Paşinyan nə edir? Megafonu əlinə alıb kənd-kənd, şəhər-şəhər gəzir, insanlarla danışır, onları inandırmağa çalışır.
Müxalifət nə edir? Köhnə şüarları təkrarlayır. Qorxu yayır.
Rusiya xəttini müdafiə edir.
Mənzərə aydındır: Paşinyan-sülh tərəfdarıdır. Müxalifət-müharibə ritorikasının daşıyıcısıdır.
Və belə görünür ki, erməni xalqı bu dəfə müharibəyə yox,
sülhə səs verəcək.İnkişafa, Qərbə inteqrasiyaya, normal həyata tərəfdar olacaq.
Ən maraqlısı isə budur:
Ermənistanda xalq seçir.
Azərbaycanda isə…
iqtidar iki ayağını bir başmağa dirəyib ki, “seçki olmayacaq”. Seçki saxtakarlığı üzrə peşəkarlar kralı Məzahir Pənahovun yenidən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri seçilməsi birmənalı olaraq o deməkdir. Yəni müəllimələr hələ bundna sonra da alt paltarlarında seçki bülletenləri daşıyacaqlar…
Ermənistanda siyasətçi xalqın yanına gedir.
Azərbaycanda isə xalq siyasətçiyə yaxın düşə bilmir.
Ermənistan gələcəyə səs verir. Azərbaycan isə qeyri-müəyyən görünən gələcəkdən qorxur.
Ermənistanda xalq iqtidar partiyasına 65 faiz səs verə bilər. Azərbaycanda real seçki keçirilsə, iqtidar partiyası heç 25-30 faiz səs yığa bilməz. Ona görə də YAP Azərbaycanda keçirilən bütün seçkiləri total şəkildə saxtalaşdırır…
