20.8 C
Bakı
04 İyun 2026 12:06
DünyaGündəmSiyasət

Mollalarla ziyalı arasında savaş: Pezeşkianın rejimlə vidalaşması

Son məlumata görə İranın prezidenti Məsud Pezeşkian istefa məktubu təqdim edib. Üstəlik, məktub parlamentə və ya hökumətə deyil, düz ölkə Ali Lideri Müctəba Xameneiyə ünvanlanıb.

Bu barədə “Iran International” xəbər verir.

Səbəb, göründüyü kimi sadədir: prezident real, faktiki olaraq səlahiyyətsizə çevrilib. Məlumata görə, SEPAH getdikcə güc və iqtisadi təsirləri öz əlində cəmləşdirir və mülki məmurları əsas qərar qəbuletmə prosesindən da kənarlaşdırır.

İranda hakimiyyət içi münaqişənin əsas rəsmi səbəbi ağır iqtisadi vəziyyət, ölkə rəhbərliyinin müharibənin nəticələrinə və beynəlxalq təzyiqə necə reaksiya verməsi ilə bağlı mübahisələrdir.

Lakin ən maraqlısı başqa bir şeydir.

M. Pezeşkianın heç Ali Liderin yanına birbaşa çıxışı yoxdur. Xamneyinin yüksək təhlükəsiz bir yerdə saxlanıldığı, onunla ünsiyyətin vasitəçilər və kuryerlərdən ibarət SEPAH sistemi vasitəsilə aparıldığı bildirilir. Rejimdaxili ciddi böhran var.

Ümumiyyətlə, ziyalı aydın Pezeşkian bu quldur rejimə heç uyğun deyil. Görünür ki, çox əziyyət çəkir bu, həyasız, abırsız mollalarla. Yəqin, çox qalmaz bunlarla. Aralansın, qoy didsinlər onlar bir-birini. Onsuz da, bu rejim bitib, axırı yoxdur. İranda mütləq, sivil dövlət qurular, rəhbəri olar.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Qərbin müharibə ilə bağlı gizli planı – Kiyevi narazı salacaq sülh sazişində nələ var?

admin

Azərbaycan xalqı Şəhidlər Xiyabanına buraxılmayacaq.

admin

Alman politoqlar: Tramp Putin komandasına keçir

redaktor