Ölkə öz reallığı, ritmində öz yoluna davamda, dövlətin həm xalqa, cəmiyyətə, həm dövlətə, həm də özlərinə xeyir verə biləcəyi nəzəri ilə aparıcı mövqe tutma şəraiti yaratdığı 3 şəxs, əksinə durub-duraraq, yox yerdən hamı üçün birdən ziyanlı qalmaqal yaradıb. Və yaşadır.
Birisi, ölkədə aparıcı yazıçı, şair, dramaturq, filosof rektor mövqeyindədir. Ev, mətbəxdə oturmayıb, bütün inkişaf etmiş ölkələrdəki, ölkənin həyatı, inkişafında mühüm rolu olan qadınlar kimi, işləyib çalışan qadınlarımızın dünyəvi dövlətdəki haqqını, Konstitusional hüququnu yüngül desək, aşağılayıb, acılayır.
Digəri, ölkədə aparıcı Milli Məclis deputatı mövqeyindədir. Ölkə uşaqlarının “uşaq pulu” kimi doğal vətəndaş haqqı, Konstitusonal hüququnu yüngül desək, aşağılayır, acılayır.
Üçüncü isə, ölkədə medianın aparıcı lideri, tv rəhbəri mövqeyindədir. O da ki, əlinə media qılıncını götürüb, həmin o, iki aparıcı şəxsin, “acılama mövqeyindən” narazı qalan xalqı, cəmiyyəti yüngül desək, aşağılayır, acılayır.
Yəqin ki, bu aparıcı şəxslər hər üçü bu, ifrat ekstrim addımları ilə, öz aləmlərində hesab edirlər ki, bununla dövlət hakimiyyətinə xeyir verirlər… Əsla yox. Bununla onlar həm xalqa, həm dövlətə, həm də özlərinə, öz tutduqları vəzifə-mövqeyə ziyan vururlar, birazca dərin, analitik düşünülsə, spontan davranışları ilə.
Belə danışmaq, xidmətdənsə, belə “aparıcı” xadimlər sussalar daha xeyirli olardı, ölkə və həm hamı üçün. Məhz, belələri üçün dünyaca məşhur bir deyim var: “susmaq qızıldır!”. Ölkə Azərbaycan, dünyanın hazırkı, yeni keyfiyyət mərhələsinə qlobal keçidi dövrü, bu yöndəki mahiyyət və həm dünyagörüşlü “aparıcıların” xidmətinə ehtiyacsız olarsa yaxşıdır, yəqin ki.
