Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün zamin kimi bir ölkəyə ehtiyac olmadığını bildirib. O, bu açıqlamanı seçki kampaniyası zamanı verib. Report Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu açıqlamanı seçki kampaniyası zamanı verib.
O, qeyd etdi ki, artıq bu məsələdə eyni dırmığın üzərinə çıxmaq niyyətində deyil.
“Nəticə etibarilə, özümüzün başqalarına qarşı istifadə olunmasına və zibil qutusuna atılmasına icazə vermək kimi bu pis dairəni qırmalıyıq”, – deyə Paşinyan bildirib.
Nikol Paşinyan qeyd edib ki, bu, böyük tarixi və siyasi dəyişiklikdir.
