Cəmiyyət

Hakimiyyət niyə belə edir?

Sabah Bakıda beynəlxalq forum başlayır, hakimiyyətin xaricdən qonaqları var. Buna görə bütün paytaxt ərazisində küçə ticarətini yığışdırıblar.

Əslində elə də mötəbər tədbir deyil. Dünya liderlərindən kimsə Bakıya gəlməyib. Bir neçə xarici nazir olacaq, vəssalam. BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mayın 17-də öz işinə başlayacaq, 22-də bitəcək.

Tədbirin keçirildiyi küçələrdə/ərazidə hansısa məhdudiyyət qoyulmasını, yenə izah/həzm etmək olardı. Amma bu tədbirə görə paytaxtın hər yerində – mikrorayonlarda, Zığda, Yeni Yasamalda, Patamdarda və s. yolun kənarında alça, göyərti və s. satanların piştaxtası niyə yığışdırılıb? Hər yerdə hətta dükan sahiblərinin dükan qarşısına qoyduqları dondurma soyuducuların yığışdırılması niyə tələb edilib?

Bakıda sabah başlayan tədbir nəmənədir? Əksəriyyət bunu bilmir. Tutalım faydalı tədbirdir. Amma buna görə paytaxtda küçə ticarətilə öz ailəsini dolandıran minlərlə insanı çörək pulundan niyə, hansı əsasla məhrum edirlər?

Təsəvvür edin, bir qadın Masallıdan Bakıya meyvə-tərəvəz gətirib, həftəsonu satıb qayıtmalı, borclarını ödəməli idi. Amma ona deyirlər ki, bu həftə olmaz. Gələn həftəyə onun malı məhv olacaq… Və yüzlərlə, minlərlə belə insan bu yersiz qadağadan ziyan çəkirlər. Narazıdırlar. Açıq etiraz edə bilmirlər, amma şəxsən tanıdıqları müxalifətçi ilə rastlaşanda, ürəyini boşaldırlar.

Vaxtıyla Bakıda Avropa oyunları keçiriləndə də rayonlardan Bakıya avtomobillərin girişinə qadağa qoymuşdular.

Hakimiyyət niyə belə edir? Xaricdən qonaqları gələndə Azərbaycan xalqının küçə-bacada görünməsini niyə istəmirlər? Bu barədə nə düşünürsüz?

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Sənədsiz evlərə qadağa bahalaşma yaratdı – Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq.

admin

“Çağırıb başa salırlar, o da ərizəsini yazır, adını da qoyurlar könüllü istefa…”

admin

Nərimanovun icra başçısı OLİQARX İMİŞ… – İLGİNC FAKTLAR…

redaktor