24.5 C
Bakı
09 İyun 2026 16:14
CəmiyyətGündəm

“Binəqədi, Qaraçuxur, Yeni Yasamalda metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq”

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanova təşəkkür edirəm, hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib, bütün problemləri bir neçə sözdən ibarət bitmiş bir fikrə sığdıra bilib.
Adam haqlıdır, əhalisi 4 mln. olan meqapolisdə azı 10 “cazibə zonaları” formalaşmalı, şəhərin müxtəlif bölgələrinin öz “mərkəzi” olmalıdır.

Vüsal müəllimin kəskin və haqlı tənqid etdiyi məsələ də budur – deyir ki, belə də şəhər olar?! Bakı niyə 10-15 km2 mərkəzdən ibarət olmalıdır ki?! Hökumət “Bakı” deyəndə məhz elə həmin 10-15 km2 ərazini nəzərdə tutur, onlar üçün Bakı, hardasa, “Ağ Şəhərdə”, Xətai metrosu tərəfdə başlayır, Sahil metrosuna qədər davam edib, Bayılda, Bayraq meydanında bitir. Dərnəgül, Günəşli, Əhmədli, Qaraçuxur niyə özünü şəhər saymalıdır ki?! Düz deyir də Vüsal müəllim, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub, onların 10-15 km2 qlamur mərkəzdə nə işi var axı, niyə mənzərəni pozmalıdırlar ki?!

Vüsal müəllimin növbəti təklifi, yəqin ki, sadaladığı məkanlarda “getto”-ların yaranması ola bilər – bəs nə, bu qədər tənqidçi bir kadrdan yeni təkliflər gözləyirik…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rioni körpüsü işi – Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb

admin

Niyə ailə başçısı qadın olanda xərclər daha çox olur?

redaktor

Harrisin əri ən nüfuzlu 50 yəhudi arasında liderdir

admin