Cəmiyyət

İctimai tənhalıq

Uzun müddətdir parklarda diqqətimi bir şey çəkir. Skamyaların hərəsində bir nəfər oturur. Çox dəhşətlidir insanlar bir birindən nə qədər uzaqlaşıb heç kim, heç kimin yanında oturmaq istəmir.

Halbuki park əvvəllər insanların təsadüfi ünsiyyət məkanı sayılırdı. İnsanlar yanaşı oturur, söhbət edir, tanımadığı adamla belə bir salamlaşma yaranırdı. İndi isə çox adam sanki öz “şəxsi adasını” qorumağa çalışır. İnsanlar yorğundur, etibarsızlıq artıb, hər kəsin başı telefona, problemlərə, daxili gərginliyə qarışıb. Xüsusilə pandemiyadan sonra bir çox insanda məsafə vərdişə çevrildi. Kütlənin içində olub tək qalmaq müasir dövrün ən qəribə paradokslarından biridir.

Bu artıq təkcə “yer problemi” deyil, sosial psixologiyanın çox qəribə bir görüntüsüdür. Park boş skamyalarla doludur ancaq sən oturmağa çəkinirsən. Üç nəfərlik skamyanın bir küncündə büzüşən adamlar baxışla, bədən dili ilə hiss etdirirlər ki, “Mən tək qalmaq istəyirəm” . O zaman insan istər-istəməz geri çəkilir. Fiziki olaraq yer olsa da mənəvi olaraq yoxdur. Çunki insanlar skamyanın boş hissəsinə görünməz bir sərhəd çəkiblər. Nəticədə park dolu görünür, amma ortaq məkan hissi yaranmır. Bu, bir növ “ictimai tənhalıqdır”.

 

Günel Musa

Tacxeber.com

Oxşar xəbərlər

Onları görüm balalarına həsrət qalsın – Elgizin reklam etdiyi həkim xəstəni kor qoydu (VİDEO)

admin

GÖMRÜKDƏ DİPLOMLARIN YOXLANLMASINA BAŞLANILIB – İşdən çıxarılanlar var

admin

Zəlzələdə sağ qalmaq üçün nə etməli və ev alarkən nəyə fikir verməli? – Ekspert

redaktor