24.5 C
Bakı
09 İyun 2026 16:26
Cəmiyyətİdman

Tovuzda ilk dəfə avrokubok oyunu keçiriləcəkmi? – Klubdan açıqlama

Bildiyiniz kimi, “Turan Tovuz” ötən gün avrokuboklara vəsiqəni təmin edib. Komanda 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb.

32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan Tovuz təmsilçisinin turnirdəki ev oyunlarını harada keçirəcəyini öyrənmək üçün kluba müraciət etdik. Tacxeber.com xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev QOL.az-a açıqlamasında bildirdi ki, komanda ən azı ilk iki oyunu Tovuz şəhər stadionunda keçirmək imkanına malikdir:

“Tələblərə görə, UEFA-nın 2-ci kateqoriyasını alan stadionlar 1-ci və 2-ci təsnifat mərhələsininin oyunlarını qəbul edə bilir. Biz də stadionun 2-ci kateqoriyaya cavab verməsi üçün tələb olunan şərtləri mart ayının sonundan yerinə yetirməyə başlamışıq. Mövsümün bitməsi lazımdır ki, stadionda bəzi işlər də görülsün. Məsələn, media sektoru bir qədər böyüdülməlidir. Bunun kimi bir çox şərtlər var. Əgər komanda mübarizəyə 1-ci təsnifat mərhələsindən başlasa, iki oyunu Tovuzda keçirə bilərik. Burada kubokun final matçının nəticəsindən də çox şey asılıdır. Çempion “Sabah” kuboku da qazansa, mübarizəyə 2-ci mərhələdən (Konfrans Liqasında-red.)  başlayacağıq. UEFA-nın tələbləri çoxdur, amma bunlar hamısı klubumuzun görə biləcəyi işlərdir”.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu.

admin

Ağdaş icra başçısının 2 aydır işə çıxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

admin

NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”

redaktor