21.6 C
Bakı
28 İyun 2026 10:28
DünyaGündəmİqtisadiyyat

Yaponiya Azərbaycandan neft idxal edir

Təxminən on gün əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiti enerji böhranı fonunda maraqlı bir mesaj vermişdi. Başqa ölkələr, qənaət çağırışı edəndə o, deyirdi ki, iqtisadi həyat zəifləməməlidir, hökumət yeni çıxış yolları tapmalıdır.

Bu gün həmin yanaşmanın nəticəsi görünür.
Fevral ayına qədər Yaponiya idxal etdiyi neftin təxminən 95 faizini Yaxın Şərqdən alırdı. Hörmüz boğazında risklər artandan sonra Tokio yeni istiqamətlərə üz tutdu açmağa başladı. Əvvəlcə ABŞ nefti, sonra Rusiyaya sanksiyalar yumşalan kimi Saxalın-2 layihəsindən hasil oıan neft və indi də Azərbaycan bu siyahıya daxil oldu.

Ən maraqlısı budur ki, Yaponiya hazırda 205 günlük neft ehtiyatına malikdir. Bunun 121 günü dövlət ehtiyatlarında, 83 günü özəl sektorda saxlanılır.
İndi isə Yaxın Şərqdə gərginlik başlayandan sonra ilk dəfə Azərbaycan nefti Yaponiya bazarına daxil olur.

Bu halda azad iqtisadi sistem üçün təbiidir. Çünki, azad bazarlar neftin haradan çıxmasına yox, kimin etibarlı tərəfdaş olmasına baxır. Hazırda Azərbaycan məhz bu etimad qazanan ölkələr sırasında mövqe tutur.

Və düşünürəm ki, bu gələcəkdə Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə, yeni investisiya əlaqələri, uzunmüddətli tədarük müqavilələri və logistika əməkdaşlığı üçün əlavə imkanlar aça bilər.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

İran Rusiyaya qarşı Avropanın qaydaları ilə oynamaqdan imtina etdi.

redaktor

Tramp Rusiyanın Ukraynaya zərbələri HAQDA: “Vladimir, DUR!” – FOTO

redaktor

Yetirmişlidən Şəngörün zəlzələ proqnozuna sərt reaksiya

redaktor