Bildiyiniz kimi, Tramp 14 maya nəzərdə tutulmuş Çin səfərinədək İranla bir müqavilə bağlamaq və Si ilə görüşdə özünü, formal da olsa, üstün tərəf kimi göstərmək istəyirdi. ABŞ İrana müqavilə ilə bağlı təkliflərini Pakistan vasitəsilə göndərmişdi. İran cavabı gecikdirdi-gecikdirdi və nəhayət, dünən cavabını göndərdi. İranın cavabı Trampı özündən çıxartdı – İranın cavabından qəzəbi, narazılıqları ilə bağlı bir-iki “alovlu” tvit yazıb, iki-üç müsahibə verib, sakitləşəndən sonra Netanyahuya zəng edib, dərdini bölüşdü…
Trampın hoqqabazlığını izləyəndən sonra İranın Tasnim xəbər agentliyi bu gecə məlumatlı mənbəyə istinadən aşağıdakıları bildirdi:
“Biz indicə “qondarma ABŞ prezidentinin” İranın cavabına reaksiyasını gördük. Bunun əhəmiyyəti yoxdur; Trampın onu bəyənib-bəyənməməsi İranda heç kimin vecinə deyil. Danışıqlar qrupu yalnız İran xalqının hüquqlarını qorumaq üçün planlar hazırlamalıdır və əgər Tramp onu bəyənmirsə, təbii ki, bu daha yaxşıdır. Trampın, sadəcə, reallıq xoşuna gəlmir; buna görə də o daim İran qarşısında məğlub olur.”
Bu gün mayın 11-dir. Trampın Çin səfərinə 3 gün qalıb. İranın bu cavabı Tramp üçün çox vacib səfər qabağı ağır zərbə oldu.
