29 C
Bakı
13 Avqust 2026 11:43
DünyaSağlamlıq

BMT-nin baş katibi hantavirusun risk səviyyəsindən danışdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, “MV Hondius” kruiz gəmisindəki hantavirusun ictimaiyyət üçün risk səviyyəsi aşağı olaraq qalır.

O, sosial şəbəkə hesabında vəziyyətlə bağlı şərh verib:

“Hazırda virusun insan sağlamlığı üçün təhlükəsi aşağı olaraq qalsa da, beynəlxalq səhiyyənin səylərini “MV Hondius” laynerinin sərnişinləri və ekipajı da daxil olmaqla hamının təhlükəsizliyinin təmin edilməsinə yönəltmək vacibdir”.

Həmçinin o, hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə hantavirus epidemiyasına nəzarət üzrə tədbirlər görən bütün dövlətlərin müvafiq orqanlarına dəstəyini ifadə edib. (Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor