Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan “Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələri görüb buna münasibət bildirmək istəyirəm
Mərhum Arif dayı 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir.O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır.
Özü də xüsusilə bildirim ki, mərhum Arif dayı 1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir və akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və bunu tək biz yox dünya elmi təsdiq edir.
Buna görə də qəbirüstü abidədə yazılan söz düzdü. Bunu müzakirə etməyin nə mənası var ?
Şərqdə ilk professor adı 1940-cı ildə “Azərbaycan xalq musiqisinin əsasları” elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb.İlk “musiqi professoru” məhz Üzeyir bəy olub.
1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.
Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.
Ramiz Zöhrabovda muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.
Şərqdə düzdü digər muğam ustaları olub, Özbəkistan və İranda. Lakin onların adı professor kimi yox, Master (magistr) kimi düşüb tarixə.
Hamısının ruhuna fatihə
