Paradın keçirilməsinə Zelenski icazə verən fərman imzaladı.
Əvəzində 1000/1000 əsirlərin dəyişdirilməsi şərtilə.
Qızıl meydanın parad sahəsi əvvəlki 55.754413 m2-dən 55.752504 m2-dək kiçildildi.
Müqayisə üçün – 2005-ci il 9 may paradında dünyanın bütün ölkələrinin liderləri, üstəlik BMT və YUNESKO baş katibləri də iştirak etmişdilər.
Bu dəfə isə Rusiyanın qonaqları Abxaziyanın, Belarusun, Laosun, Malayziyanın, Cənubi Osetiyanın, Serbiyanın, Slovakiyanın və… Putinin soyadını hər dəfə təhrif etdiyi Qazaxıstanın liderləri oldular.
Yeri gəlmişkən, SSRİ süqutunu elan edəndə də Qorbaçovun sonuncu baş tutmayan siyasi toplantısına (1991, dekabr) Qazaxıstan lideri Nursultan Nazarbayev gəlmişdi.
35 ildən sonra taleyin ironiyasımı təkrarlanacaq?
Putinin və Putin Rusiyasının İvan Qroznıdan üzü bəri bu günkü kimi nə vaxtsa belə alçaldığını görmüşdünüzmü?

