Mən araşdırdım.
Tramp Napoleon müharibəsindən indiyədək 7 müharibəni və “İran ekskursiyasını” müqayisə edib, demək istəyir ki, baxın, mənim apardığım müharibə ən qısa olub – cəmi 6 həftə.
Bununla guya özünün nə qədər səriştəli olduğunu göstərmək istəyib.
İndi isə müqayisə olunan müharibələrə baxaq.
1812-ci il Napoleon müharibəsini çıxaq – ABŞ-a aidiyyəti yoxdur.
II Dünya müharibəsini çıxaq – ABŞ ona 1944-cü ildə SSRİ öz sərhədlərindən kənara çıxanda qoşuldu.
ABŞ Vətəndaş müharibəsini (1861–1865) çıxaq – bu daxili müharibə idi.
Qalır 4 müharibə:
Koreya müharibəsi – ABŞ uduzdu (161 həftəyə),
Vyetnam müharibəsi – ABŞ uduzdu (439 həftəyə),
Əfqanıstan müharibəsi – ABŞ uduzdu (543 həftəyə),
İraq müharibəsi – ABŞ döyüşləri udsa da, müharibəni uduzdu (457 həftəyə).
Belə çıxır ki, Trampın dahi rəhbərliyi altında ABŞ rekord qısa müddətə – 6 həftəyə uduzub. Hətta ermənilər belə daha çox dözmüşdülər (44 gün – 6,3 həftə).
Yeri gəlmişkən, nə əcəb Tramp Roma-Karfagen Pun müharibələrini (e.ə. 264-146) diaqrama daxil etməyib?

