CəmiyyətGündəmŞikayət

Azadlıq onun da haqqıdır

Keçən ilin bu günü də gərgin gün olmuşdu, bu gün də.

Keçən il Tofiq Yaqublu qanunsuz məhkəmə hökmünə – 9 il həbs cəzasına etiraz olaraq aclıq aksiyası edirdi və aclığının 36-cı günündə idi. Mayın 6-ı Apelliyasiya Məhkəməsində Tofiq Yaqublunun şikayətinə baxılırdı. Məhkəmə zalında böyük gərginlik və narahatlıq var idi. Ancaq məhkəmə qərarını həmin gün elan etmədi. Təsəvvür edilməyəcək qədər gərgin idik. İnsanı çarəsizlik və qeyri-müəyyənlik elə hala salır ki….

Tarix 6 may 2026-cı il. Biz yenə ataya görə çox narahatıq. Yenə səhhətindəki problemlər artıb. İndi necədir, ağrıları çoxdurmu, tibbi müdaxilə edilirmi deyə, gün boyu düşünməkdən birtəhər olmuşam.

Bu gün zəng günü idi. Amma evə zəng etmədi. “Görəsən, nəsə oldumu ki, zəng etmədi?” düşüncəsi ilə günü axşam etdik.

Təcili müayinə olunmazsa, vəziyyət get-gedə daha da kritikləşə bilər. Ümid edirəm ki, sabah atadan bir xəbər ala biləcəyik.

P.S Tofiq Yaqublunun həyatına görə Əliyev hakimiyyəti, onun həbsində iştirak edən hər kəs məsuliyyət daşıyır.

Azadlıq bütün siyasi məhbusların haqqıdır

 

Nigar Həzi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Futbolçuları heç kim düşünmür, biz də tətil edə bilərik” – Karvahal

admin

“Toplum TV” işi üzrə saxlanılan daha bir nəfərin aclıq aksiyasına başladığı bildirilir

admin

Kəlbəcərdə mövqelərimiz artilleriya atəşinə tutulur

redaktor