DünyaGündəmSiyasət

Rusiya ictimaiyyəti Paşinyana qarşı nifrət bəsləyir

Rusiya ictimaiyyəti Paşinyana qarşı nifrət püskürür. İndi o artıq Zelenskidən də böyük düşmən kimi görürlər.

Ən əsas qıcıqlandıqları ümumiyyətlə Ermənistanda Rusiyasız belə böyük miqyasda beynəlxalq tədbir keçirilməyi, Zelenskini dəvət etməyidir. İzlədiklərimdən əsas məqamlara diqqət çəkirəm.

Cənubi Qafqazda təhlükəsizlıyin tək qarantı Rusiyadır. Əgər Ermənistanla Azərbaycan arasında hərbi münaqişələr yenidən başlasa Ermənistanı onun Qərb dəstəkçiləri deyil, yalnız Rusiya xilas edə bilər.
Haşiyə: mümkündür ki, burada münaqişə yaratmaq üçün yenidən “zəngəzurşikləri” fitilləsinlər.

Paşinyan siyasi rəqiblikdən şəxsi milli düşmən obrazına keçirilir. Burada xatırladıram ki Rusiya xüsusi xidməti ona hələ baş redaktor işləyərkən 2004-cü ildə sui-qəsd etdirmişdi (fotoda). İndi də arxivdən kəşf etdilər ki onun babası Nikolay nasistlərə xidmət edən “Erməni Legionunun” üzvü olub. Yəni Avropaya mesaj ötürür ki dostunuz faşis*lərə xidmət etmiş birisinin törəməsidir, onu dəstəkləməyin. Avropa isə əksinə, deyir Gürcüstan və Azərbaycan avrointeqrasiyadan imtina etdiklərinə görə biz Ermənistanı daha möhkəm bağrımıza basacayıq.

Nə isə, çox maraqlı gedişatdır, Rusiya rəsmi və qeyri-rəsmi media resursları indiyədək müxtəlif maskalarda gizlətdikləri simalarını açır, Cənubi Qafqazda yenidən dominant söz sahibi olmağa cəhd edir. Amma gecdir, qatar çoxdan gedib. Əmin olun ki Azərbaycan və Gürcüstanın da qalan bağlılıq ipləri qırılacaq.

 

İlham Qadir

Tacxeber.com

Oxşar xəbərlər

“Vasif Talıbov soyuducuda olanları çantasına doldururdu, dedim, nə edirsən? Hırıldayırdı…”

redaktor

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi: “Lənkəran həbsxanasında zorakılıq iddiaları fonunda “Abzas Media”nın qadın jurnalistlərinin həyatı risk altındadır

admin

“Allaha həmd olsun!”: Tramp İranı təhqir etdi

redaktor