DünyaSiyasət

Xameneidən sonra bunker sindromu: Putinin qorxusu paranoyadır, yoxsa presedent?

Putin və Kreml ətrafında xeyli hakimiyyətdaxili müəmmalı xəbərlər dolaşır. Və məlumata görə Putin nəsə hərbi çevrilişdən ciddi ehtiyatlanma hissinə varır. Və hətta, yaxın dostu olmuş sabiq MN, RF TŞ-nın katibi Şoyqudan da şübhəlidir.

Ciddi mənbələrin də məlumatına görə, Kreml Putinin həyatı üçün narahatlıqla, təhlükəsizlik tədbirlərini xeyli gücləndirib. Elit təbəqələr sui- qəsdindən, hətta, mümkün dron hücumundan.

Mənim analizimlə, Kremldə yaranan bu qorxu halı, Putinin şəxsindən qaynaqlanır və ətrafına da, onun mühafizə sistemi və Kremlə də, keçir. Və onda bu bir, paranoidal, (insanda ona qarşı qəsd, təqib gözləntili aşırı psixoloji halı) əsaslı durum ilə bağlıdır, çox yəqin ki. Nədən yaranıb?

Fikrimcə, fevralın sonunda, Əli Xameneinin evi, yatağında ABŞ-İsrail tərəfindən vurulmasından sonra yarana bilər. Və həmin vaxt düzü, dərhal fikrimə gəldi ki, Putin bu hadisədən bərk qorxu, stress keçirəcək. Niyə? Əvvəla, Qərbin istənilən kəsi bu cür yüksək, hətta bunkerdə vurma hərbi, texnoloji imkanda olmasını realda görərək. 2-ci isə, bu insan artıq, 10 ildir “parkinson xəstəliyi” keçirir. Parkinson isə, mərkəzi sinir sisteminin pozuntu xəstəliyi olmaqla, paranoya (şübhə və qorxu hissi) əlamətlərinə çox meyllilik yaradır!

Putinin, mart ayı əvvəlindən bəri, ictimaiyyətin diqqətindən demək olar ki, tam yoxa çıxmasını da, bu analizin üstünə gəlsək, qarşıda Kremlin Putinin təkidi ilə, belə yüksək, qoruyucu sistem tətbiq etməsinin mənzərəsi aydın olur. Xüsusi aşırı və hətta elit vəzifəli ətrafdan ehtiyat etmə.

Məlumata görə Putin bu dövrdə, aşırı sui-qəsd şübhəsi ilə daim öz bunkerinə çəkilib. Ailəsi adi sahələr və yerlərdə görünməyi tam dayandırıb. Onun təbliğatçıları tez-tez əvvəlcədən yazılmış süjet, audio-videolar səsləndirirlər.

Xamenei hadisəsindən sonra, Moskvanın xeyli ərazilərində rabitə, dalğalar tez-tez qapanır və onun yaxın çevrəsinin üzvlərinə smartfondan istifadə etmək qadağan edilib. Hətta aşpazlar və mühafizəçilərin özləti belə, ciddi müşahidə sistemləri vasitəsilə izlənilir.

Keçmiş nazir Şoyqu, xüsusən də orduya təsirli imkanlarına görə, özü şübhə və risk altındsdır. Və türk Tuva əsilli Şoyqunun demək olar bütün müavinləri korrupsiya adı ilə istintaq altındadır. Paranoya əlamətininsə şübhəsi başladı, bitmir.

Yekunda nə demək olar? Putinin ABŞ, İsrail və ya başqa ölkə tərəfdən vurulması versiyası heç ağlabatan deyil. Amma, cənabın sinir-psixoloji durumunun getdikcə pisləşməsini, demək olar. Belə pisləşib zəifləmə isə, uzun tarix boyu çox vaxt, saraydaxili sui-qısdlərlə müşahidə edilib.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Trampın nümayəndəsi ilə Zelenskinin mətbuat konfransı ləğv edilib

redaktor

Netanyahunun Bakıya səfəri təxirə salındı.

admin

Tiktokun yaradıcısı Çinin ən zəngin adamı oldu

redaktor