26 C
Bakı
28 Sentyabr 2026 13:51
DünyaSiyasət

Avropanın İrəvan sammiti və Rusiyanın Ermənistan itkisi…

30-dan çox Avropa lideri və Kanada Baş naziri iştirakı ilə İrəvanda Avropa Siyasi Birliyi (EPC) Sammiti keçirilib.

Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi hesab edilən Ermənistanda Avropa liderlərinin toplanması indiyədək misli görünməmiş haldır.
Ukrayna prezidenti V. Zelenski də ilk dəfədir ki, İrəvana səfər edir. Sammitə Türkiyə və həm də Azərbaycan nümayəndə heyəti də qoşulmuşdu.

Öncə Baş Nazir Paşinyan Azərbaycan barədə:

“İlk dəfədir, Azərbaycan Prezidentinin İrəvanda, Ermənistanda keçirilən tədbirdə, istər uzaqdan, istərsə də şəxsən iştirak edir. Ümid edirəm ki, 2028-ci ildə 10-cu AQS Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq. Ermənistan və Azərbaycan bu sammiti qarşılıqlı olaraq dəstəkləyiblər.

Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev video müraciətlə çıxış edib:

“Biz Ermənistanla sülh içindəyik və sülh içində yaşamağı öyrənirik. Baxmayaraq ki, bu prosesi pozmağa çalışanların hamısı səylər göstərdilər. Azərbaycan Ermənistanla sülh gündəliyinə tam sadiqdir və erməni həmkarımın çıxışı bunu açıq şəkildə vurğuladı”.

Sabah Avropa Komissiyasının sədri Ursula fon der Leyenin və Avropa Şurasının sədri António Kostanın iştirakı ilə ilk dəfə kimi Aİ-Ermənistan ikitərəfli sammiti çərşənbə axşamı keçiriləcək.

Ermənistanda keçirilən bu cür yüksək Avropa sammiti Paşinyan üçün seçki ərəfəsi dövr çox böyük dəstək, onun rusiyapərəst seçki rəqibləri üçün isə, arzuedilməz effektli oldu. Görünür ki, Kreml, Putin Moldova və Macarıstanda olduğu kimi, Ermənistanda da, seçkilərdə ona müvafiq namizədin uğurunu görə bilməyəcək. Bununla, Rusiya Ermənistanı Avropaya uduzmuş olacaq.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor