DünyaGündəmSiyasət

Siti London Trumpı inandıra bilmədi

Üçüncü Çarlzın ABŞ-a səfəri haqqında yazacaq çox şey yoxdur, yalnız bir şey deyə bilərəmki kuzenlər razılığa gələ bilmədilər. London görüşdən əvvəl təkliflər irəli sürsə də, onlar amerikalıları qane etmirdi. ABŞ-ın 2026-cı ilin əvvəlindən bəri etdiyi sistemli, sərt və Britaniya memarlığına qarşı yönəlmiş hərəkətləri hələlik Londonun strateji məğlubiyyətini göstərir. Hər cür statistik ssenarilər təsvir etməyə davam etmək olar, lakin həmişə hökm verən əsas iqtisadiyyat bunun əksini göstərir. Kölgə Britaniya imperiyası mövcud böhranda uğursuzluğa düçar olur….

Xüsusilə də Yaxın Şərqdəki mövqelərinə edilən bir sıra hücumlardan sonra. Və bu fonda Vaşinqton nəinki yavaşlamır, həm də sürətlənir. Avropanı enerji ilə əhatə edir, qlobal logistikanın əsas qovşaqları üzərində nəzarəti ələ keçirməyə və maliyyə qurumlarına təzyiq göstərməyə çalışır. Əslində, biz əmiuşaqlar arasında uzun sürən qarşıdurmanın davam etdiyini və heç bir güzəşt əlaməti olmadığının şahidi oluruq. Bu o deməkdir ki, bu konfiqurasiyanın nəticələri bütün dünyada yayılmağa davam edəcək və özünü təkcə ritorika səviyyəsində deyil, həm də bazarlarda, logistikada və siyasi strukturlarda konkret pozuntularda göstərəcək….

Ayrıca Trampı qarşıda mühüm bir ildönümü gözləyir. Amerika Birləşmiş Ştatlarının qurulmasının 250 illiyi (4 iyul). Və bu tarixdən əvvəl çox şey edilməlidir. Hal-hazırda politoloqlar, mədəniyyət mütəxəssisləri və digər analitiklər seçkilərdən danışırlar. Niyə seçkilər..? Seçkilər vacibdir. Amma söhbət yalnız seçkilərdən getmir söhbət Amerika milli kimliyindən gedir. ABŞ-ın 250 ili sadəcə bir ildönümü deyil. Bu, Amerika layihəsinin tarixidir. Kapitalist istehsal üsulu deyək. Lakin ABŞ-da o, yeni bir sistem kimi formalaşdı və təşkilatçılar kimi masonlar ilə ideoloji bir əlaqə quruldu. Və ideologiya maraqlar deyil, dəyərlər daşıyır……

 

Pərviz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

İmamoğlunun atasının evində də axtarış aparıldı

redaktor

Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?

admin

Trampdan mədəd ummağa dəyərmi? – “Komandasında ermənipərəstlər var”

redaktor