DünyaMuharibə

Müharibənin son olduğunu düşünərək necə gəldi minalar döşəyiblər?

“New York Times”da yayımlanan məqaləyə əsasən, İran müharibənin gedişatında Hörmüz boğazına təsadüfi minalar döşədiyi və yerlərini dəqiq təyin edə bilmədiyi üçün boğazı aça bilmir.

Buna görə də, yalnız mina döşəmədikləri kiçik bir yolu aça bilirlər, bu da müharibədən əvvəlki səviyyədə gəmi gediş-gəlişini bərpa etməyə kifayət deyil.

Üç ehtimal var:

Ya həqiqətən müharibənin son olduğunu düşünərək necə gəldi minalar döşəyiblər və nəzarət etməyiblər.

Ya danışıqlarda mövqelərini gücləndirmək üçün Trampa təzyiq məqsədilə boğazı bir az da bağlı saxlamaq lazım olub.

Ya da yalnız boğazın İrana yaxın hissəsində kiçik bir marşrutu minasız elan edərək danışıqlardakı Hörmüzdən gömrük vergisi almaq tələbini reallaşdırırlar.

İstənilən halda Hörmüz boğazı dünya iqtisadiyyatı üçün elə yüksək əhəmiyyət daşıyır ki, cəmi 40 gün əvvəl İranda rejimi çökdürmək məqsədilə Yaxın Şərqdəki ən böyük bombardmanına başlayan ABŞ hazırda 1979-cu il inqilabından bəri ilk dəfə İranla vitse-prezident səviyyəsində danışıqlar masasına oturur.

21-ci əsrdə ilk Yaxın Şərq qüvvəsi İran oldu ki, ABŞ-nin müharibə elanından sonra nəinki Səddam və Taliban kimi bütün dünya ictimaiyyəti tərəfindən təcrid olunmadı, hətta cəmi 40 gün içində əlavə legitimlik qazandı.

 

Rüstəm İsmayılbəyli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sualların yoxlanmasında süni intellektdən istifadə edirik – Məleykə Abbaszadə

redaktor

Trampın verdiyi 1,7 milyonluq şam yeməyinə ağız büzdülər: Görün süfrədə nələr olub – FOTO

redaktor

Solovyov İtaliyanı hədələdi: Rus ayısı hücum edəcək!

redaktor