22.5 C
Bakı
05 İyun 2026 21:12
DünyaHadisə

Rəsmi Bakı Kiyevdən üzr istəməlidir

Azərbaycan vətəndaşlarının işğal altında olan Ukrayna torpaqlarında nə işi var? Niyə onlar rusların minlərlə dinc sakin öldürdüyü şəhərlərə gedib oradan Rusiyaya taxıl daşıyırlar? Bu faciənin 1 nömrəli səbəbkarı təbii ki, Azərbaycan hakimiyyətidir.

Hakimiyyət Azərbaycan vətəndaşlarının münaqişə davam edən sularda nə iş gördüyünü çox gözəl bilir. Rəsmi Bakı vətəndaşlarına Ukraynanın işğal altında olan ərazilərinə səfər etməyin xəbərdarlığını etmir.

Baş verən hadisəyə görə Ukraynanı ittiham edib, bu ölkənin səfirinə nota təqdim edilməlidir deyənlərə rast gəlirəm.

Əslində isə bunun tam əksi olmalıdır, Ukrayna bizə nota təqdim etməli, rəsmi Bakı vətəndaşlarının Ukrayna torpaqlarına səfər edərək taxıl oğurluğunda iştirak etməsinə görə Ukraynadan üzr istəməlidir.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

“Bir də gördüm, qulağım yoxdur…” – Eşşək kişinin qulağını qopartdı – VİDEO

redaktor

İki aviasiya nəhəngi birləşir – Dünyanın ən böyük donanması yaranır

admin

Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir

admin