21.5 C
Bakı
06 İyun 2026 00:03
DünyaMuharibə

Zelenski bildirib ki, Putin sülh axtarmır və müharibəni davam etdirməyi seçir

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin sülh axtarmadığını və yenidən hərbi əməliyyatları davam etdirməyi seçdiyini bildirib.

“Təəssüf ki, Rusiya tərəfi yenidən müharibəni seçir – bu gün hamı cavabı eşitdi. Bu, zəif cavabdır. Onlar sadəcə müharibəni bitirmək istəmirlər. Düşünürəm ki, dünyada bir çox insan bu cavabdan məyus olub”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti heç nəyi dəyişdirməyə hazır olduğunu nümayiş etdirmir və bu müharibənin “yalnız onu və ondan pul qoparanları sevindirdiyini” etiraf etmir, baxmayaraq ki, qeyd etdiyi kimi, hamısı “bu gün çox gülərüz idilər”.

Zelenski vurğulayıb ki, “bu o deməkdir ki, Rusiyanın daha az pulu olmalıdır və Rusiyaya təzyiq artmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski iləgörüşməyin mənasız olduğunu bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Onun 100 yaşı tamam oldu. O, bu həddə çatan ilk ABŞ prezidentidir.

admin

Putin 15 dərəcə şaxtada papaqsız danışdı: Züqanov qamçılamağı təklif etdi

redaktor

Kim Kardaşyan üzünə qızılbalıq sperması vurdurdu

admin