CNN-də gedən, Azərbaycanda guya hansısa 4 etibarlı mənbəyə əsaslanan və guya ki, İranla müharibə vaxtı bu ölkəni bombalamaq üçün İsrailin Azərbaycan ərazisindən kəşfiyyat və təxribat üçün istifadə etməsi iddiaları ucuz, əsası olmayan qurama cəfəngiyyatdır. Həm də Azərbaycanı şər-şəbədə ilə münaqişəyə süni qoşmaq niyyətli. Niyə? Şəxsi fikirlərimi deyim.
Əvvəla, CNN-in özü kimdir? ABŞ prezidenti Donald Trampın rəqibləri demokratlara xidmət edən və Trampın da özünə və İsrail, Türkiyə, Pakistan, Azərbaycan və sair kimi dostlarına qarşı siyasət aparan bir qmətbuat orqanıdır. O dərəcədə ki, Trampn özü də, CNN-i dəfələrlə açıqca “Fake News Media”, yəni, saxta xəbər mediası sdlandırıb:
https://www.politico.com/blogs/on-media/2017/01/trump-refusing-to-answer-question-from-cnn-reporter-you-are-fake-news-233485
Təsəvvür edirsinizmi, bir böyük dövlətin rəsmi prezidenti, bir böyük media orqanını açıqca saxta adlandırmağa məcbur olub? Bu, izah bu CNN-in kimliyi və nəliyi barədə.
İkinci. Bir ciddi media orqanı, bir regionu və onun ölkələrini də bir-birinə vura biləcək bir “ciddi” məqalə ortaya qoyur və həm buradakı “faktları” 4 ciddi mənbədən aldığını iddia edir. Və bu halda, heç olmasa, o 4 mənbədən tək birisini göstərə bilərdi. Göstərmir, niyə və nə problemdir ki? Problem odur ki, mənbənin 4-ü də yoxdur, yalandır, özündən quraşdırıb bu cür versiyaları CNN, saxta sensasiyalar xatirinə.
Üçüncü. İsrail kəşfiyyatı hələ qeyri-müharibə zamanı İranın hər künc-bucağını ovcunun içi kimi bilirdi, götürdü, oralarda əməliyyat edirdi. Neçə nəfər İranın atom alimini, digər mühüm sahə mütəxəssisini ofisinin içində, çölündə və yerdə vura bilirdi. Bu halda İsraillə müharibədə İrandakı generallarını, sputnikdən görünən iri obyektləri vurmaq üçün, İrana qonşu ölkələrin ərazisində baza yaratmaq, qoşun göndərməyə nə ehtiyac qalır?
Dördüncü. Azərbaycan ərazisində əgər İsrailin o boyda qoşun və avadanlıq, binalar yerləşən kəşfiyyat bazası olsaydı, İran qalsın, onun çox yaxın müttəfiqi Rusiya öz sputniki vasitəsi ilə həmin bazaları aşkar edərdi və dərhal da İrana ötürərdi. (Müasir texnologiya ilə göydə uçan 10 metrlik raketi görə bilən ölkə o boyda bazanı görə bilməyəcəkfi? Baza olsaydı və görünsəydi, bu gün CNN-in nağılına da heç ehtiyac olmazdı.
Beşinci. ABŞ-İran müharibəsində, İrana yaxın həm bitişik qonşu Azərbaycanın bu konfliktə- qovğaya qarışarsa, ən asan zərbə hədəfinə və ən ziyanlı nəticələrlə çevrilə biləcəyini gözəl bilən, ölkəsinin 30 illik münaqişə və savaşdan yeni çıxması ilə, hər zaman münaqişəli hallar, və tərəflərlə ehtiyatlı davranan Azərbaycanın hakimiyyəti İsrail olmur, kim olur olsun, onun xatirinə CNN quraşdırdığı iddialara gedərdimi? Məntiqlə və reallıq üzrə təbii ki, qətiyyən yox!
Bu məsələnin cavabı bu qədər. Bundan o yana fikrimcə, əks-arqument axtarıb, cavab vermək, bu bəsit cəfəngiyat, nağıl üçün çox olardı. İran tərəf də cəfəngiyatsevər, nağılsevərlik göstərib, ya da elə bəhanə axtarırmış kimi, bu fürsətdən istifadə edib, Azərbaycana qarşı nəsə buynuz göstərərsə, çox bərk yanılar və bu çətin dövrü.

