26 C
Bakı
28 Sentyabr 2026 14:49
DünyaMuharibəSiyasət

Sülh, yoxsa Yeni Müharibə: İslamabadda tarixi görüş

Bu gün, 11 apreldə İslamabadda İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı danışıqlar keçiriləcək.

Medianın məlumatına görə, Pakistan əvvəlcədən təhlükəsizlik tədbirlərini gücləndirmiş və parlament və prezident sarayının yaxınlığındakı hökumət məhəlləsi ərazisində jurnalistlərin işini məhdudlaşdırmışdı.

İran nümayəndə heyəti dünən axşam Pakistan paytaxtına gəlib. Tərkibində 71 nəfər — danışıqçılar, ekspertlər, təhlükəsizlik işçiləri və jurnalistlər var. Nümayəndə heyətinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir və xarici işlər nazirinin müavini Kazem Qəribabadi də daxildir.

Reuters agentliyinin Pakistan mənbələrinə istinadən verdiyi məlumata görə, Amerika nümayəndə heyəti 11 aprel gecəsi İslamabada gəlib. ABŞ nümayəndələrini daşıyan təyyarə İran nümayəndə heyətinin gəlişindən bir neçə saat sonra eniş edib.

Pakistanın Baş naziri Şahbaz Şərif televiziya ilə çıxışında bildirib ki, qarşıdan gələn danışıqlar münaqişənin sülh yolu ilə həlli perspektivlərini müəyyən etmək üçün əsas olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor