22.3 C
Bakı
10 İyun 2026 10:36
DünyaMuharibə

Tramp F-15E təyyarəsinin ikinci pilotunun xilas edildiyini elan etdi

Tramp Truth Social-da yazıb: “Son bir neçə saat ərzində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri inanılmaz zabitlərimizdən birini xilas etmək üçün ABŞ tarixindəki ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. Yeri gəlmişkən, o, çox hörmətli polkovnikdir. Onun sağ-salamat olduğunu bildirməkdən son dərəcə məmnunam”.

Onun sözlərinə görə, hərbçi yaralanıb. Prezident əlavə edib ki, pilot İran dağlarında düşmən xətlərinin arxasında olub və İran qüvvələri saatbasaat yaxınlaşır. ABŞ onu geri qaytarmaq üçün onlarla təyyarə göndərib.

Tramp həmçinin dünən İranda daha bir amerikalı pilotun xilas edildiyini təsdiqləyib.

Daha əvvəl media ABŞ xüsusi təyinatlılarının İran tərəfindən vurulan Amerika F-15 qırıcı təyyarəsinin ikinci heyət üzvünü xilas etdiyini bildirmişdi.

Amerikalı pilotun təxliyəsinin ilk görüntüləri internetdə yayılıb.

HH-60W helikopterləri və A-10 hücum təyyarəsi pilotu Bəsic qüvvələri tərəfindən mühasirəyə alınmış kənddən çıxarmağa kömək edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Erməni diasporu və lobbisi məni hədəfə alıb

redaktor

Dünyanın 10 ən varlı adamı: Yarısı yəhudilərdir – SİYAHI

redaktor

Rubio Venesuela prezidentini “narkotik kartelinin rəhbəri” adlandırdı

redaktor