DünyaGündəmHadisə

ABŞ onlara niyə yüz milyonlarla dollar pul xərcləyir?

Martın əvvəlindən Tramp və Heqset dəfələrlə bəyan ediblər ki, İran HHM sistemi tamamilə məhv edilib.

3 apreldə həmin o tamamilə məhv edilmiş HHM ABŞ HHQ-sinə əsl “Qara cümə” yaşatdı. bir gündə vurulan texnikanın siyahısına baxın:

– F-15E Strike Eagle qırıcı təyyarəsi. Qalıqları İranın qərbinə düşüb. 2 ekipaj üzvündən birini (pilot) amerikanlar xilas edə bilib, digəri (silah sistemləri zabiti) itkin düşüb.

– A-10 Thunderbolt II (“Warthog”) hücum təyyarəsi. Fars körfəzi üzərində vurulub. Pilot katapult edərək sağ qalıb. (Bəzi məlumatlara görə, 2 belə təyyarə vurulub.)

– HH-60W Jolly Green II (və ya Black Hawk) helikopteri. Xilasetmə əməliyyatında helikopterlər İranın atəşinə məruz qalıb və zədələnib. Onlar bazaya qayıda bilsələr də, göyərtədə olan hərbçilər arasında yaralananlar olub.

– LUCAS PUA-sı. Stels texnologiyalı bu PUA-nı İranın məhv edilmiş HHM-i görməməli idi. Amma Fars körfəzi üzərində vuruldu.

– MQ-1 Predator PUA-sı. Düzdür, bu PUA böyük ehtimalla Səudiyyə Ərəbistanına məxsusdur (vaxtilə ABŞ-dan alıb).

Hələ, deyəsən, “Qara cümə”dən əvvəl “Qara cümə axşamı” da olub. İran tərəfinin məlumatına əsasən 2 apreldə də göydən nemət tökülüb:

– F-35 təyyarəsi. Hələlik sübutlar təqdim olunmayıb.

– F-16 təyyarəsi. Hələlik sübutlar təqdim olunmayıb.

– MQ-9 Reaper PUA-sı. Şiraz üzərində vurulub.

Əgər İran HHM-siz təyyarə, helikopter və PUA-ları belə vura bilirsə, onda ABŞ onlara niyə yüz milyonlarla dollar pul xərcləyir?

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Putinlə görüşsəm, onu vuracam” – Məşhur amerikalı aktyordan AÇIQLAMA

redaktor

Gəncədə evdə partlayış baş verib, xəsarət alan var

redaktor

“Tofiq Yaqublunu ölməyə qoymayın”

admin