DünyaSiyasət

Kreml “köhnə palan içi” tökür…

Putinin Paşinyanla uduzulmuş görüş səhnəsi və Putinin oradakı “yumşaq zəif davranışını”, Kreml təbliğat mərkəzi malalayıb da, yenidən Moskva üstünlüyü və İrəvan zəifliyi fonunda dekorativ bərpa etmə yöndə çox güclü çalışır.

Budur, TASS xəbər agentliyi Rusiya Baş naziri müavini Aleksey Overçukla uzun bir müsahibə dərc edib.

Bu nəşrdə o, Putinin Paşinyana dediyi sözlərin arxasındakı səbəbi və mənanı ətraflı izah edir. Paşinyan partiyasının qarşıdakı seçkilərdə qalib gələcəyi halda (görünür ki, Moskva Paşinyanın şansından narahatdır) Moskva ilə müttəfiqlik əvəzinə Avropa Birliyinə inteqrasiyanı seçimdə Ermənistanı gözləyəcək ağır nəticələrlə təhdid edib. Overçuk ötən avqust ayında Vaşinqtonda əldə edilən Azərbaycan-Ermınustan arasındakı razılaşmaalnı “çək-çevirə” salıb.

Onun sözlərinə görə, Trampın Beynəlxalq Sülh və Rifah Təşəbbüsü (TRIPP) layihəsini həyata keçirən sənədin imzalanması Cənubi Qafqazda regional balansı pozub. Deyib, Vaşinqtondakı imzalarla onlar 1828-ci ildən bəri Türkmənçay müqaviləsi ilə mövcud olan regional balansı pozublar. (Yəni ki, Rusiyaya sərf edən balansı).

Overçuk Rusiyanın iştirakı ilə bağlanan əski üçtərəfli razılaşmaya qayıdılmaslnı vacib sayıb. Və Rusiyanın Azərbaycan və Ermənistan arası kommunikasiyaların açılması danışılarından kənar tutulmasını böyük yanlış səhv adlandırıb.
Və o, TRIPP layihəsini Ermənistan ərazisindən istifadə edərək, ABŞ-ın regionda üstün mövqe tutma maraqlarına xidmət etdiyini bəyan edib.

Bundan başqa, Putinin Paşinyanla uğursuz və Paşinyanın açıqca Rusiyadan ayrılma mövqeyi sərgiləmək görüşündən sonra, əl-ayağa düşən Kremil təbliğat mərkəzi Rusiyanın xeyli ictimai xadimləri və mediasına da görüşü malalamaq və Paşinyanın üzərinə hücuma sərt startı verib.

Və təəssüf ki, bu starta Azərbaycan içərisində də, bəzi politoloqların “rusiyayönlü” qoşulması açıqca görünür. Xüsusən də, regionda siyasət titrəyib, silkələndikcə. Adları çəkmirəm hələ ki.

 

İlqar Altay

Tacxeber.com