DünyaGündəmİdmanQalmaqal

Futbolda casus qalmaqalı: İtalyanların istifadə etdikləri cəsus yaxalandı

Bosniya və Herseqovina, Dünya Kuboku pley-off matçına saatlar qalmış Avropa İttifaqı hərbçisi formasında olan bir italyan casusun məşqi videoya çəkdiyini açıqlayıb.

Komandanın texniki heyəti üzərində İtaliya gerbi olan hərbi gödəkçə geyinmiş və bədəninə yapışdırdığı mobil telefonla qadağan olunmuş zonadan taktiki çalışmaları qeydə alan bir nəfəri yaxalayıb.

Həmin şəxs dərhal məşq meydançasından qovulub.

Məlum olub ki, həmin şəxs Avropa İttifaqının Bosniyadakı sülhməramlı missiyasının italyan nümayəndə heyətinin hərbçisidir.

Bosniyalılar dərhal 2004-cü ildən bəri regionda sabitliyi təmin edən təşkilatın rəhbərliyinə şikayət ünvanlayıblar.

Qeyd edək ki, Bosniya Herseqovina – İtaliya matçı bu axşam, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşün qalibi DÇ-2026-ya vəsiqə qazanacaq. (Offsideplus.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Arzum9999-un hökmü niyə cəmiyyətdə suallar doğurur?

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor