25 C
Bakı
30 Sentyabr 2026 13:46
Dünya

“ChatGPT” və “Gemini” qadağan ediləcək

Rusiya hökuməti ölkə daxilində istifadəçi məlumatlarını saxlamayan xarici süni intellekt xidmətlərinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

Tacxeber.com xəbər verir ki, məlumata görə, yeni qanun layihəsinə əsasən ChatGPT, Gemini və Claude kimi platformalar Rusiya istifadəçilərinə aid məlumatları ölkə sərhədləri daxilində saxlamaq məcburiyyətində olacaq.

Bildirilir ki, bu tələblər üç il ərzində yerinə yetirilməzsə, 2027-ci ildən etibarən həmin xidmətlərə ölkə daxilində giriş məhdudlaşdırıla bilər. Bu halda istifadəçilər OpenAI və Google kimi texnologiya nəhənglərinin süni intellekt xidmətlərindən istifadə edə bilməyəcəklər.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, bu addımın məqsədi vətəndaşları rəqəmsal manipulyasiyalardan və ayrı-seçkilik yarada bilən alqoritmlərdən qorumaqdır.

Ekspertlərin fikrincə, belə məhdudiyyətlər Rusiyada yerli texnologiya platformalarının, xüsusilə Yandex kimi şirkətlərin mövqeyini daha da gücləndirə bilər. (Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor