19 C
Bakı
28 Sentyabr 2026 02:46
DünyaGündəmSiyasət

Rusiyada “pəncərə sindromu”: daha bir generalın sirli ölümü

Artıq, 13-cü dəfədir Rusiya MN-in vəzifəliləri pəncərədən yerə atılır. Bu dəfə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı.

10 mart 2026-cı il tarixdə şaxtalı səhər tezdən
general-leytenant Aleksandr Leonov  Moskvada qəfildən pəncərədən tullandı. Bu hadisə yüksək rütbəli rus zabitlərinin növbəti sirli ölümlərinin 13-cüsü oldu: son dörd ildə (2022-ci ilin mart ayından bəri) ən azı 12 yüksək rütbəli müdafiə rəsmisi və digər vəzifəlilər, o cümlədən Rusiya İstintaq Komitəsi Baş prokurorunun müavini, Rostekc şirkətinin baş direktoru, Almazantep şirkətinin vitse-prezidenti və digərləri rəsmi və qeyri-rəsmi olaraq, pəncərələrdən “tullanırlar”.

Hadisə ilə bağlı hələlik nəsə rəsmi təfərrüatlar yoxdur – nə yeri, nə də səbəbi (intihar və yaxud “başqa”) Müdafiə Nazirliyindən və ya İstintaq Komitəsindən də o cür. Müşahidəçilər isə bu çarəsiz addımı Rusiyanın hava hücumundan müdafiə sistemindəki ardıcıl uğursuzluqlarla əlaqələndirirlər. Bu cür “uğursuzluqlar” tez-tez Rusiya elitası daxili “təmizləmələrə” əsas verir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor