24 C
Bakı
01 Oktyabr 2026 17:46
DünyaSiyasət

Hörmüzdən Hind okeanına: İran donanmasının ağır itkisi

Budur, İran rejimi işi gətirib, bu həddə çatdırıb. ABŞ İran ətrafında Hörmüz boğazındakı bütün hərbi Flotunu, (13 gəmisini) vurub batırandan sonra, başqa gəmilərini bütün dünyada izləyir.

İran hərbi freqatı IRIS Dena Şri-Lanka tərəfdə (Hindistan tərəf) ABŞ sualtı qayığının torpeda raketləri hücumuna məruz qalıb. 180 nəfərlik heyətdə gəmi səhər tezdən qəza siqnalı verib,  sonra Şri-Lanka sahillərindən təxminən 40 km cənubda batıb. Hadisə nəticəsində ən azı 101 dənizçisi ölüb, daha 78 dənizçisi isə yaralanıb.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri İran gəmisinin batdığı yerdə təxminən 80 cəsəd aşkar edib. Bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini Arun Hemachandra məlumat verib və sözlərinə görə, zərbədən batan İranın gəmisi Hindistanın şərqindəki bir limandan geriyə İrana qayıdırmış.

Bu müharibəni bitirmək lazımdır, İran rəhbərləri bunu anlamalıdırlar, hakimiyyəti də xalqa verib.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

205 il ərzində ilk qadın edamı

admin