İsrail Baş naziri Binyamin Netanyahu, müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə birlikdə Palmaçim Hava Bazasına səfəri zamanı İsrailin Livan və İrana qarşı zərbələri gücləndirmək niyyətində olduğunu açıqladı.
O, “Hizbullahın İsrailə hücum etməklə ciddi bir səhv etdiyini” qeyd edərək, ölkənin artıq güclü şəkildə cavab verdiyini vurğuladı. Baş nazir əlavə etdi ki, İsrailin gələcək cavabları daha geniş və təsirli olacaq.
O, həmçinin İsrailin İrana tam güclə zərbələr endirməyə davam edəcəyini və İsrail pilotlarının İran, Tehran və Livan əraziləri üzərində uçduğunu vurğulayıb.
