DünyaSiyasət

ABŞ Prezidenti Donald Tramp xalqa əlahiddə müraciət etdi.

Əsas mövzu İranla münaqişə idi.

Tramp İranın ballistik raket proqramının inkişafını ABŞ üçün xüsusinböyük bir təhlükə adlandırdı.

“Uzaq mənzilli raketlər və nüvə silahları ilə silahlanmış İran rejimi təkcə Yaxın Şərq üçün deyil, həm də Amerika xalqı üçün dözülməz bir təhlükə olardı. Ölkəmiz təhdid altında olardı və bu təhlükə artıq, çox yaxınlaşdı.”

Amerika prezidenti bildirib ki, ABŞ İrana qarşı lazım olduğu qədər əməliyyat keçirməyə hazırdır. O, əməliyyatın dörd-beş həftədən çox davam edə biləcəyini proqnozlaşdırıb.

“Bunu əvvəldən demişdim. Onların heç vaxt nüvə silahı olmayacaq. Ölkəmizin (yəni əvvəl olan prezidentlərin) axmaqcasına imzaladığı müqavilə sayəsində nüvə silahını qanuni yolla əldə etmək yolunda idilər.”

Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatdan bezməyəcək.

“Biz artıq qrafikimizdən xeyli irəlidəyik, amma daha uzun müddət davam gətirmək imkanımız var.” “Bu gün kimsə dedi ki, əgər prezident bunu həqiqətən xüsusi tez etmək istəyirsə, sonradan darıxacaq? Mən heç vaxt darıxmıram. Burada darıxdırıcı bir şey yoxdur. Bununla razısınızmı, Pit (Hegseth, Pentaqon rəhbəri)?”

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya və İranın “TrampƏzuR” dərdi – Natiq Cəfərli

admin

Bizim belə cılız qonşumuz var

admin

Kuba ABŞ-a qarşı çıxmağa hazır olduğunu bildirib

redaktor