DünyaSiyasət

“Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib” – Xamenei

İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri uğursuz nəticələnib.

Tacxeber.com İran KİV-nə istinadən xəbər verir ki, o bu barədə 1979-cu il islam inqilabının 47-ci ildönümü münasibətilə televiziya müraciətində deyib.

“Xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər”, – Xamenei qeyd edib.

O həmçinin bildirib ki, hər il ölkədə inqilabın ildönümündə – fevralın 11-də ümumxalq yürüşləri keçirilir, onları “dünyada görünməmiş” və “milli dayanaqlılığın aydın təzahürü” adlandırıb. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

“İstanbulda Ukrayna ilə razılaşdıq, hər şeyi götürüb zibil qutusuna atdılar”

redaktor

Əlini yumağı unutdu, yediyimiz həmin maddəni kəşf etdi – Maraqlı tarixçə

redaktor

Bu dərman 17 min COVID-19 xəstəsinin ölümünə səbəb olub

redaktor