DünyaSiyasət

Afrika uğrunda yeni oyun: ifşa, dezinformasiya, yoxsa güc balansının dəyişməsi?

Rusiyanın Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Emmanuel Macron Afrikada 3 ölkə liderinə qarşı sui-qəsd planlarına razılıq verib. Söhbət Burkina Faso, Mali və Madagaskardan gedir. İddia ağırdır, amma mənbə də təsadüfi deyil-bu, rəsmi Rusiya kəşfiyyatının açıqlamasıdır.

Lakin əsas sual dəyişmir: bu, həqiqətən ifşa olunmuş gizli əməliyyatdır, yoxsa Fransa-Rusiya qarşıdurmasının informasiya müharibəsi mərhələsi? Qərb mediası hələlik iddiaları təsdiqləmir, müstəqil sübut yoxdur.

Bir fakt isə danılmazdır: Fransa Afrikada nüfuzunu sürətlə itirir. Bu boşluğu təkcə Rusiya və Çin yox, Türkiyə də doldurur. Ankara son 20 ildə Afrikada sistemli şəkildə mövqe qurub. Türkiyənin hazırda 44 Afrika ölkəsində səfirliyi var, Afrika dövlətlərinin isə 37-si Ankarada təmsil olunur. Türk Hava Yolları Afrikanın 60-dan çox şəhərinə uçur. Ticarət həcmi 40 milyard dollara yaxınlaşır, hərbi əməkdaşlıq və təhlükəsizlik razılaşmaları isə artmaqdadır.

Bu fonda Afrikada baş verənlər təkcə Fransa ilə bağlı deyil. Qitə artıq köhnə müstəmləkə üsulları ilə idarə olunan məkan deyil. Ortada yeni aktorlar, yeni dillər və yeni balanslar var…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Litva və Latviya öz hava məkanını Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin üzünə bağladı

redaktor

Qərbin müharibə ilə bağlı gizli planı – Kiyevi narazı salacaq sülh sazişində nələ var?

admin

Ölkə bağlanır, növbəti dayanacaq: Qaranlıq…

redaktor